Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda 2 DİN, 1 FHN əməkdaşını maşın vurdu

© fhn.gov.azQəza
Qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Paytaxtda 5 nəfəri vuran sürücü hadisə yerindən qaçıb

BAKI, 7 sen — Sputnik. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi (DİN BDYPİ) Bakıda iki yük və bir minik avtomobilinin toqquşması ilə nəticələnən zəncirvarı qəza zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) 6 əməkdaşının avtomobil tərəfindən vurulması xəbərinə dair məlumat yayıb. İdarənin mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Bakı Dairəvi yolunun Yasamal rayonu ərazisindən keçən hissəsində şəhər istiqamətində hərəkətdə olan və Cəmil Cabbarovun idarə etdiyi qumla dolu "Mercedes" markalı yük maşını yol kənarında dayanan mişar daşı ilə yüklü "Kamaz"a arxadan çırpılıb.

Yük maşını qəzası - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda ağır qəza: 2 nəfər öldü

Qəza zamanı yük avtomobilinin kabinə hissəsi deformasiyaya uğrayıb. Sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Xilasedicilər xüsusi alətlərin köməyi ilə sürücünü avtomobildən çıxara biliblər.

Xilasetmə əməliyyatının sonunda dairəvi yolla yüksək sürətlə hərəkətdə olan və İslam Manafovun idarə etdiyi "Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirərək qəza yerində olan 5 nəfəri vurub. Yaralılar xəstəxanaya çatdırılıblar. Yaralılardan yalnız 28 yaşlı Vüsal Şabanov FHN-nin əməkdaşıdır.

Bundan əlavə, qəza nəticəsində iki polis əməkdaşı da xəsarət alıb. Bunlar Fikrət Rüstəmov və Xətai Məmmədovdur. Hadisə yerində olan Bakı şəhər sakinləri 58 yaşlı Ramiz Şüvərxanov və 46 yaşlı Ziyəddin Yəhyayev isə qəzaya baxmaq üçün yolun hərəkət hissəsində dayandıqları üçün onları da maşın vurub.

Hazırda yaralıların vəziyyəti stabildir. Faktla əlaqədar araşdırmalara başlanılıb. "Opel"in sürücüsü İslam Manafovu hadisədən sonra maşından düşərək özünü pis hiss etdiyini bildirib və kənara çəkilib. Az sonra isə onun hadisə yerindən qaçdığı məlum olub. Hazırda onun şübhəli şəxs qismində saxlanılması istiqamətində tədbirlər görülür.

Xəbər lenti
0