Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakı-Quba yolunda qəza nəticəsində üç nəfər ölüb

© Sputnik / STRQəzaya düşmüş avtomobil. Arxiv şəkli
Qəzaya düşmüş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər “Lada” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış Məmmədov Elnur İsfəndiyar oğlunun və şəxsiyyəti məlum olmayan 2 nəfərin cəsədlərini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

BAKI, 30 avq — Sputnik. Bakı-Quba magistral avtomobil yolunun 40-cı km-də “Volkswagen” markalı minik avtomobili ilə “Lada” markalı minik avtomobili toqquşub.

Sputnik-in Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  dərhal nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xəbər lenti
0