Təcili yardım

Toyda kütləvi zəhərlənmə baş verdi

210
(Yenilənib 23:59 29.08.2016)
Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub.

BAKI, 29 avq — Sputnik. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Sadaxlı kəndində toyda iştirak edən 400 nəfərdən təxminən 100-ü zəhərlənib.

APA-nın məlumatına görə, Marneuliyə təcili olaraq Tiflis və yaxın rayonların xəstəxanalarından həkimlər cəlb olunub. Tibbi yardım üçün müraciət edənlərə müvafiq yardım göstərilir. Hazırda Marneuli xəstəxanasına 100-dək zəhərlənən xəstə yerləşdirilib.

Hadisə yerinə Kvemo Kartli qubernatoru Paata Xizanaşvili və Marneuli bələdiyyəsinin sədri Nəbi Abdullayev gəliblər. 

Kütləvi zəhərlənmənin səbəbi barədə hələlik məlumat verilmir. Faktla bağlı araşdırma aparılır.

210