Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qasırğa bir sıra rayonlarda ciddi fəsadlar törədib

© Sputnik / İlham MustafaDaşkəsəndə güclü qasırğa baş verib
Daşkəsəndə güclü qasırğa baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov bildirib ki, hələlik Çəmənli və İmamqulubəyli kəndlərindən tikililərə zərər dəyməsi barədə məlumat daxil olub.

BAKI, 28 avq — Sputnik. Ötən gecə Ağdam, Bərdə və Tərtər rayonlarında qasırğa ciddi fəsadlar törədib.

APA-nın xəbərinə görə, ötən gecə yağışla müşahidə olunan güclü külək Ağdam, Bərdə və Tərtər rayonlarında ağacları kökündən qopararaq elektrik naqillərinin üzərinə salıb.

Bu səbəbdən həmin  rayonların bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Ağdam rayon Fövqəladə Hallar Komissiyasının sədri Zülfü Qasımov APA-ya açıqlamasında bildirib ki, hələlik Çəmənli  və İmamqulubəyli kəndlərindən tikililərə zərər dəyməsi barədə məlumat daxil olub:  “Yaşayış məntəqələrinin çoxunda elektrik enerjisinin verilməsi bərpa olub. 6 kənddə bərpa işləri aparılır. Qırılan ağaclar kənara daşınaraq, həm yolların açılmasını həm də elektrik naqillərinin bərpasını təmin edirik.”

Xəbər lenti
0