Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranskinin qətli ilə bağlı yeni faktlar ortaya çıxıb

© Photo : PUBLIC DOMAINMəşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski
Məşhur azərbaycanlı avtoritet Rövşən Lənkəranski - Sputnik Azərbaycan
Abunə olmaq
Kriminal avtoritetin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı saxlanılıb. Onların hadisədən əvvəl qapalı toplantı keçirdikləri ortaya çıxıb.

BAKI, 25 avq — Sputnik. Avqustun 18-də İstanbulda qətlə yetirilən məşhur azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) qətli üzrə aparılan istintaq zamanı şahidlər dindirilib. Sputnik "Habertürk"-ə istinadla xəbər verir ki, kriminal avtoritetin qətlə yetirildiyi avtomobili idarə edən iş adamı Tahir C. saxlanılıb.

Lənkəranskinin dəfni - Sputnik Azərbaycan
CƏMİYYƏT
Lənkəranski son mənzilə belə yola salındı

Rövşən Lənkəranskinin oteldə iş adamı Tahir C. ilə görüşdüyünü və bir toplantı keçirdiyini müəyyənləşdirən polis görüntüləri araşdırmağa başlayıb. Həmin toplantıda iştirak edən və Rövşən Lənkəranskinin adamları sayılan azərbaycanlı Hacıbaba T., A.N. və Z.İ. şahid qismində polisə aparılıb.

Hacıbaba T-nin polis tərəfindən axtarıldığı ortaya çıxıb. Onun 2013-cü il avqustun 18-də İstanbulda öldürülən azərbaycanlı iş adamı Əli Həmidovun qətlində iştirak etdiyi ortaya çıxıb. Rusiyada da 5 ayrı cinayətə qarışdığı müəyyənləşən şübhəli üçün Rusiya səlahiyyətliləri ilə təmaslar başlayıb. Rövşən Lənkəranskinin adının da Həmidov cinayətində keçdiyi bildirilib.

Digər tərəfdən polis Lənkəranskinin qatillərinin tapılması istiqamətində araşdırmaları davam etdirir. Rövşən Lənkəranskinin öldürülməsində rus mafiyasının üzərində dayanılır. İddialara görə, şübhəlilər arasında Lasik Ş., Yuriy P., Vasiliy H. və Nadir S. adlı mafiya üzvləri yer alır. Polis xaricə qaçdıqları düşünülən şübhəlilər haqqında istintaqı genişləndirib.

Xəbər lenti
0