Полицейская машина. Архивное фото

Moskvada erməni əsilli şəxs bankda müştəriləri girov götürüb

246
(Yenilənib 22:35 24.08.2016)
Bank müflis olmuş iş adamı Aram Petrosyan tərəfindən girov götürülüb. 55-60 yaşlarındakı bu şəxsin iflas olmuş iş adamı olduğu və həmin bankla maliyyə probleminin olduğu qeyd olunur.

BAKI, 24 avq — Sputnik. Moskvanın mərkəzində bir nəfər bankda müştərilər və işçiləri girov götürüb.

Şəhərin Bolşaya Nikitskaya küçəsində yerləşən “City Bank”-ın filialında naməlum şəxs bankdakıları girov götürərək özünü partladacağı ilə hədələyir.

Girov götürən şəxsin boynunda naqilləri olan sarı qutu asılıb.  Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

RİA Novosti-nin yaydığı məlumata görə, bank müflis olmuş iş adamı Aram Petrosyan tərəfindən girov götürülüb. 55-60 yaşlarındakı bu şəxsin iflas olmuş iş adamı olduğu və həmin bankla maliyyə probleminin olduğu qeyd olunur.  Onun “Vkontakte” sosial şəbəkəsində Rusiya prezidentinə videomüraciəti də yayımlanıb.

Hadisə yerinə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev də gəlib.

Hazırda bankın yerləşdiyi ərazi polis tərəfindən mühasirəyə alınıb. Əraziyə kənar şəxslər buraxılmır. Ehtimal olunur ki, həmin şəxs bankın müflis olmuş müştərilərindən biridir. O, girov götürdüyü şəxslərin həyatlarına heç bir təhlükə olmadığını bildirib. Qeyd edək ki, girov götürülən şəxslərdən üçü A. Petrosyan tərəfindən sərbəst buraxılıb.

246