Gəncədə ər keçmiş arvadını qətlə yetirib

Keçmiş arvadını qətlə yetirdi, baldızını isə yaraladı

103
Hadisəni törədib qaçan Samux rayon sakini polis tərəfindən saxlanıb

BAKI, 17 avq — Sputnik. Gəncə şəhərində kişi, qısqanclıq zəminində keçmiş həyat yoldaşını öldürüb, onun baçısını isə yaralayıb. O, hadisə yerindən qaçsa da, bir müddət sonra polis tərəfindən saxlanıb.

Gəncə Şəhər Prokurorluğundan Sputnik-in bölgə müxbirinə verilən məlumata görə, avqustun 17-də Samux rayon sakini, 1984-cu il təvəllüdlü Ruslan Qurbanov keçmiş həyat yoldaşı, 1986-ci il təvəllüdlü Məhəbbət Vəliyevanı bıçaqla qətlə yetirib. R. Qurbanov həyat yoldaşını şəhərin Cavad xan qəsəbəsində yaşayan keçmiş baldızı, 1983-ci il təvəllüdlü Naibə Vəliyevanın evində qətlə yetirib.

Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya birliyinin Gəncə şəhər şöbəsi
© Sputnik / Ilham Mustafa
"Məhkəmə tibbi-ekspertiza və patoloji anatomiya" birliyinin Gəncə şəhər şöbəsi

Cinayəti törədən şəxs N. Vəliyevanı da sol bud nayihəsindən bıçaqla yaralayıb və daha sonra hadisə yerindən qaçıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində R. Qurbanov polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, R. Qurbanovla Məhəbbət Vəliyevanın 3 övladı var. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

103
Teqlər:
Naibə Vəliyeva, Məhəbbət Vəliyeva, Ruslan Qurbanov, Samux rayonu, Gəncə şəhəri, qətl
Əlaqədar
Qətlə yetirilən generalın köməkçisi azadlığa buraxıldı
Dəhşətli qətliamdan 21 il keçir
Oğul 78 yaşlı atasını qətlə yetirib
Narkoman ər arvadını vəhşicəsinə qətlə yetirdi
Hay-küylü qətlin arxasından elə adam çıxdı ki...
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

25
(Yenilənib 23:07 25.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

25
Qəza, arxiv şəkli

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

14
(Yenilənib 19:52 25.11.2020)
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

BAKI, 25 noyabr - Sputnik. Hava limanı şosesində (“Buta Palace” yaxınlığında şəhər mərkəzi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

Hazırda yolda sıxlıq var.

14
Teqlər:
Bakı, qəza

Cəbhəyanı ərazilərdə onlarla tank piyada əleyhinə mina, bombacıqlar aşkarlandı

0
Mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

BAKI, 26 noyabr - Sputnik. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Beyləqan, Füzuli, Goranboy, Göygöl, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 38 və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 7 müraciət daxil olub.

ANAMA-dan Sputnik Azərbaycan-a verilən məlumata görə, daxil olmuş 45 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 28 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 71 ədəd partlamamış hərbi sursat (PHS), 2 ədəd tank əleyhinə mina, 42 ədəd piyada əleyhinə mina, 4 ədəd bombacıq və 40 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 26 ədəd mina və partlamamış hərbi sursat (PHS), 4 ədəd bombacıq zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 80 141 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

0