Yanğın

İmişlidə ev yanıb

71
Yanğınsöndürənlər gəlib çatanadək ev, içərisindəki əşyalarla bir yerdə yanıb

BAKI, 16 avq — Sputnik. Avqustun 15-dən 16-na keçən gecə İmişli şəhəri, Hüseyn Cavid küçəsi, dalan 1 ünvanında yerləşən fərdi yaşayış evində yanğın olub. Şahidlərin Sputnik-in bölgə müxbirinə verdikləri məlumata görə, hadisə baş verən zaman ev sahibi Ramiz Qasımov və xanımı işdə olub.

Qonşular dərhal FHN-in Yanğından Mühafizə Hissəsinə zəng ediblər. Amma yanğınsöndürənlər gəlib çatanadək ev, içərisindəki əşyalarla bir yerdə yanıb. Qab-qacaqla su daşıyan qonşular yanğının yaxınlıqdakı digər evə keçməyinə imkan verməyiblər.

71
Teqlər:
FHN, İmişli, ev, yanğın
Əlaqədar
Göygöldə partlayış olub, qadın yanıb
Azərbaycanda neft quyusunda yanğın baş verib
Doğum evində dəhşət: körpələr yanaraq öldü
Zaqatala qoruğu yandı