As with all white animals, albino alligators are very vulnerable to the sun and predators.

Yer kürəsi fəlakətin astanasındadır

449
Yer kürəsindəki 8600 növ heyvanın nəsli kəsilə bilər.

BAKI, 15 avq-Sputnik. Yer kürəsi daha bir ekoloji fəlakətin astanasındadır.

Qərb alimləri apardıqları tədqiqatların nəticələrinə əsasən Yer kürəsindəki 8600 növ heyvanın məhv olma təhlükəsi ilə üzləşdiyini bildiriblər.

Tədqiqatçılar buna səbəb kimi insanların kənd təsərrüfatı fəaliyyətini, ovçuluğu və mövcud iqlim dəyişikliklərini göstəriblər. Bu göstərici 72 faiz nadir heyvan növünə və digər fauna nümayəndələrinə aiddir.

Mütəxəssislər vəziyyətdən çıxış yolunu nəsli kəsilməkdə olan heyvanların qorunması ilə bağlı insanlar tərəfindən həyata keçiriləcək tədbirlərdə görürlər.

449
Teqlər:
ekoloji fəlakət, Yer kürəsi, Yer
Əlaqədar
Sizə Yer kürəsində bitən ağacların sayı barədə səhv məlumat verilib
NASA: Yer planeti toqquşa bilər
Yer kürəsinin əhalisi sabah 7,3 milyard nəfər olacaq
2015-ci il Yer kürəsində ən isti il olub
Qəza, arxiv şəkli

Biləsuvarda avtomobil kanala aşıb, ölən var

6
(Yenilənib 18:15 30.11.2020)
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib

BAKI, 30 noyabr — Sputnik. Biləsuvar rayonunun Çaylı kəndi ərazisində Cəlilabad rayon sakini İbrahim Qəfərzadə idarə etdiyi BMW markalı avtomobili kanala aşırıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən xəbərə görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, iki sərnişini xəstəxanaya yerləşdirilib. Faktla bağlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

6
Teqlər:
Biləsuvar, yaralılar, ölən, sürücü, kanal, BMW, avtomobil, qəza

Azərbaycanda minaların partlaması nəticəsində 535 mülki şəxs ölüb

14
Əhmədov qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

BAKI, 30 noyabr — Sputnik. 1999-2020-ci illər ərzində Azərbaycanda minaların partlaması nəticəsində 535 nəfər mülki şəxs həlak olub, 2418 nəfər yaralanıb.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Qəzənfər Əhmədov deyib.

O qeyd edib ki, Agentlik tərəfindən vətəndaşların təhlükəli, naməlum əşyalara, hərbi sursatlara və qurğulara toxunmamaları ilə bağlı maarifləndirmə işləri aparılır.

Q.Əhmədov qeyd edib ki, bununla bağlı vətəndaşların rayon polis idarəsinə və icra hakimiyyətinə məlumat vermələri xahiş olunur.

14
 Boş dərs otağı, arxiv şəkli

Nazirlər Kabineti təhsillə bağlı qərar verdi

0
Qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir

BAKI, 20 noyabr - Sputnik. Nazirlər Kabineti Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” qərarında dəyişiklik edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, qərarın qüvvədə olma müddəti dekabrın 1-dən 30-dək uzadılıb.

Qeyd edək ki, qərara əsasən, xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2020-ci il 2 noyabr tarixindən tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili təmin edilir.

Müəyyən edilib ki, bu Qərarın qüvvədə olduğu müddətdə sanitar-epidemioloji vəziyyətlə bağlı Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminin və ya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin müvafiq rəyləri əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi ayrı-ayrı inzibati ərazi vahidlərində fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edə bilər.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən bu Qərara uyğun olaraq tədris və təlim-tərbiyə prosesinin əyani formada aparılmasının bərpası və ya dayandırılması barədə qərar qəbul edildiyi halda, tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də tabeliklərində olan təhsil müəssisələrinə münasibətdə müvafiq qərarlar qəbul edə bilərlər.

0
Teqlər:
dəyişiklik, qərar, Nazirlər Kabineti, distant, təhsil, Azərbaycan