İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub

Cənub gömrüyündə narkotik əməliyyatı

108
(Yenilənib 11:18 15.08.2016)
Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə aşkar olunub

BAKI, 15 avq — Sputnik. Avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilib və bu zaman avtomobilin gizli saxlanc yerlərində narkotik vasitəyə bənzər maddələrin təsviri müşahidə edilib. Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, bundan sonra Astara Gömrük İdarəsinin və sərhəd nəzarət məntəqəsinin əməkdaşları birlikdə avtomobildə yoxlama aparıb və nəqliyyat vasitəsindən xeyli miqdarda narkotik vasitə — heroin aşkar olunub.

  • İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    © Photo : www.customs.gov.az
  • İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    © Photo : www.customs.gov.az
  • İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
  • İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    © Photo : www.customs.gov.az
  • İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub
    © Photo : www.customs.gov.az
1 / 5
© Photo : www.customs.gov.az
İrandan gələn yük maşınında xeyli miqdarda heroin aşkar olunub

Nəqliyyat vasitəsini idarə edən Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana getmək istədiyini bildirib. Hazırda faktla bağlı araşdırma aparılır və ictimaiyyətə daha ətraflı məlumat veriləcək.

108
Teqlər:
narkoman, gömrük, əməliyyat, narkotik
Əlaqədar
Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı
"Ot qismində qəbul olunan narkotik maddələrə görə "miqdar limitini" götürmək lazımdır"
"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
Dabandan narkotik çıxdı
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

14
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

14
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

18
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

18
Rusiya Prezidenti Vladimir Putin, arxiv şəkli

Putin: "Ən böyük qazancımız qan tökülməsini dayandırmaq oldu"

0
(Yenilənib 17:15 24.11.2020)
Rusiya prezidenti ölkəsinin Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərdiyini bildirib.

BAKI, 24 noyabr — Sputnik. Rusiya Dağlıq Qarabağdakı vəziyyətin normallaşmasında vasitəçilik üçün xeyli səy göstərib. Sputnik Azərbaycan-ın RİA Novosti-yə istinadən yaydığı məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

"Biz Dağlıq Qarabağda dostlarımız Azərbaycan və Ermənistanın minlərlə vətəndaşının həlak olmasına səbəb olan hərbi əməliyyatların dayandırılması üçün böyük səy göstərdik. Eyni zamanda, ATƏT-in Minsk Qrupunda, xüsusən həmsədrlər - Rusiya, ABŞ və Fransa arasında əldə olunan əsas razılaşmaları izlədik. Ən böyük qazancımız qan tökülməsini dayandırmaq, Rusiya, Azərbaycan prezidentləri və Ermənistan baş nazirinin üçtərəfli razılaşması ilə atəşkəsi bərqərar etmək oldu", – deyə o bildirib.

0
Teqlər:
Vladimir Putin, Rusiya, Ermənistan, müharibə, Qarabağ, Dağlıq Qarabağ, Azərbaycan
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə