Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəranda maşın 3 yaşlı qızı vurub

© Photo : REPORTAğır yol qəzası. Arxiv şəkil
Ağır yol qəzası. Arxiv şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə avqustun 12-də axşam saatlarında rayonun Xolmili kəndi ərazisində qeydə alınıb.

BAKI, 12 avq — Sputnik. Lənkəranda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə avqustun 12-də axşam saatlarında rayonun Xolmili kəndi ərazisində qeydə alınıb. 

Kənd sakini, 22 yaşlı Yusif Adil oğlu Qədirli idarə etdiyi “Merсedes” markalı,  42 BV 737 dövlət nömrə nişanlı minik avtomobili ilə yolu keçmək istəyən həmkəndlisi, 3 yaşlı  Zeynəb Sadiq qızı Kazımovanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış uşağı sürücü dərhal maşını ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Burada Z.Kazımovaya qapalı kəllə-beyin travması və sümük sınıqları diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib. Zəruri tibbi yardımlardan sonra onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0