Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Salyanda ağır qəza: bir ailənin beş üzvü xəsarət aldı

© Photo : REPORTAğır yol qəzası. Arxiv şəkil
Ağır yol qəzası. Arxiv şəkil - Sputnik Azərbaycan
Abunə olmaq
Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin beş üzvü - müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

BAKI, 9 avq — Sputnik. Ələt-Astara magistral yolunun Salyan rayonu Dayıkənd kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, Lənkəran rayon sakini Rövşən Heydərovun idarə etdiyi "VAZ 2106" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində ikisi azyaşlı olmaqla bir ailənin beş üzvü — Lənkəran rayon sakinləri, 56 yaşlı Məhbubə Qüdrət qızı Heydərova, 51 yaşlı Mətanət Qafur qızı Babayeva, 23 yaşlı Günel Müqabil qızı Heydərova, 3 yaşlı Heydər Elşən oğlu Heydərov və 3 aylıq Sevinc Elşən qızı Heydərova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Salyan Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0