Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda silah zavodunda partlayış baş verib

© Photo : REPORT IAŞirvan şəhərində "Araz" zavodunda partlayış olub
Şirvan şəhərində Araz zavodunda partlayış olub - Sputnik Azərbaycan
Abunə olmaq
Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur. Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilir.

BAKI, 26 iyul — Sputnik. Bu gün günorta radələrində Şirvan şəhərində "Araz" zavodunda partlayış olub. Bu barədə "Qafqazinfo"ya şəhər sakinləri məlumat veriblər.

Məlumata görə, partlayış silah zavodunda baş verib. Partlayışın səsi bütün şəhərə yayılıb, hazırda güclü yanğın davam edir.

Artıq zavoda yaxın ərazidə yaşayan sakinlər təxliyyə olunur. Hadisə nəticəsində ölən və yaralananların olduğu deyilir.

Qeyd edək ki, sözügedən zavod Müdafiə Sənayesi Nazirliyinin «Üfüq» İstehsalat Birliyininin nəzdindədir.

Xəbər lenti
0