Polis avtomobili

Şimal bölgəsində əməliyyat

84
Balakəndə narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan və narkotik vasitələrdən qanunsuz istifadə edən şəxslər ələ keçirilib

BAKI, 20 iyul — Sputnik. Balakəndə narkotik tərkibli bitkilərin qanunsuz əkib-becərdirilməsi və narkotik vasitələrin qanunsuz saxlamaqda təqsirləndirilən rayon sakinləri həbs edilib. Bu barədə Sputnik-ə Balakən Rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib.

Şöbənin əməliyyat-axtarış qrupunun əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olan və narkotik vasitələrdən qanunsuz istifadə edən şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçiriblər. Keçirilmiş tədbir nəticəsində rayonun Qullar kənd sakini, 1978-ci il təvəllüdlü Rəsul Nizami oğlu Yetimovun yaşadığı evin həyətyanı sahəsində aqrotexniki qaydada əkilən 3 ədəd narkotik tərkibli bitki hesab olunan çətənə kolları aşkar edilərək götürülüb. Rəsul Yetimovun yaşadığı evdən isə 45,21 qram narkotik vasitə hesab edilən marixuana götürülüb.

Əməliyyat-axtarış tədbiri zamanı Balakən şəhəri, Ə. Əfəndiyev küçəsi ev 9 ünvanında yaşayan, 1962-ci il təvəllüdlü Asadullah İsa oğlu Qurbanovun yaşadığı evin həyətyanı sahəsindən 3 ədəd dibçəkdə əkilmiş çətənə kolları, yaşadığı evdən isə 2 kq 805 qr narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülüb. Hər iki şəxs barəsində Balakən rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

84
Teqlər:
Balakən Rayon Polis Şöbəsi, narkotik vasitə, Balakən, əməliyyat, narkotik
Əlaqədar
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı
"Ot qismində qəbul olunan narkotik maddələrə görə "miqdar limitini" götürmək lazımdır"
Millət vəkili narkotik maddədən istifadəni leqallaşdırmağı təklif edir
"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
Dabandan narkotik çıxdı
Türkiyədə qəzaya uğramış helikopter

Türkiyədə baş verən helikopter qəzasının ilkin səbəbləri açıqlandı

10
(Yenilənib 10:06 05.03.2021)
Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

BAKI, 5 mart — Sputnik. Türkiyənin şərqində hərbi helikopterin qəzaya uğraması hava şəraitinin qəfil pisləşməsi ilə bağlıdır.

APA xəbər verir ki, bunu ölkənin milli müdafiə naziri Hulusi Akar bildirib.

“İlkin məlumatlara və şahid ifadələrinə görə, helikopterin qəzaya uğraması qəfildən pisləşən hava ilə əlaqədardır”, - nazir Akar belə deyib.

Nazir faktla bağlı istintaq araşdırmalarına başlanılacağını deyib: “Hadisənin dəqiq səbəbi ətraflı araşdırmadan sonra müəyyənləşdiriləcək”.

H.Akar faciənin ilk dəqiqələrindən etibarən aidiyyəti dövlət qurumlarının axtarış və xilasetmə işləri, ölənlərin və yaralananların cəsədlərinin təxliyəsi üçün bütün qüvvələri səfərbər etdiyini bildirib.

Qeyd edək ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbi helikopterin qəzaya uğradığı bölgəyə gedərək, hadisənin təfərrüatları ilə yerində tanış olub. Baş qərargah rəisi general Yaşar Gülər ​​və Quru Qoşunları komandanı Ümit Dündar da naziri müşayiət edib.

Bitlisdəki hərbi helikopter qəzasında 11 hərbçi həlak olub.

Şəhidlərin arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.

10
Oğlan, arxiv şəkli

Daha bir telefon mağazasından oğurluq olub

14
Yasamal ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb.

BAKI, 4 mart — Sputnik. Yasamalda telefon mağazasından 10.000 manat dəyərində mobil telefon, moped və 2 ədəd motosiklet oğurlayan şəxslər saxlanılıblar. Bu bardəə Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, Yasamal Rayon Polis İdarəsinin (RPİ) 27-ci Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazaların birindən 10.000 manat dəyərində 20 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş A.Yusifov saxlanılıb. Saxlanılan şəxsin ətrafında aparılmış tədbirlərlə onun paytaxt sakini Kamil Xasıyevlə birgə Bakı şəhər sakini olan 1 nəfərin mopedini, 2 şəxsin isə “Yamaha” və “Haojue” markalı motosikletlərini qaçırmaları da müəyyən edilib. Bölmə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində K.Xasiyev də saxlanılaraq istintaq təqdim edilib.

Faktla bağlı 27-ci Polis Bölməsində saxlanılan şəxslər barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. 

14
Yanğınsöndürən maşın, arxiv şəkli

Daha bir məcburi köçkün yataqxanasında yanğın baş verdi

0
(Yenilənib 10:09 05.03.2021)
Bakının Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında yanğın olub

BAKI, 5 mart — Sputnik. Bakıda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasında yanğın olub. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. Belə ki, paytaxtın Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxana binasının damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Qeyd edək ki, fevralın 24-də, Bakıya güclü qar yağan gün Tbilisi prospektində məcburi köçkünlərin məskunlaşdığı yeddimərtəbəli yataqxana binasının damında ümumi sahəsi 250 m² olan yaşayış sahəsinin (artırma tikililər) yanar konstruksiyaları (daş, dəmir, taxta və digər konstruksiyalardan ibarət) 200 m² sahədə yanmışdı.

0