Yumurta

Ölkəyə gətirilən yumurtalarda xəstəlik törədiciləri aşkar edilməyib

16
Yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib

BAKI, 19 iyul — Sputnik. Bir sıra kütləvi informasiya vasitələrində idxal olunan yumurtaların salmonella virus xəstəliyinə yoluxması və onun satılması barədə məlumatlar verilib. Bununla əlaqədar Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən (KTN DBNX) Sputnik-ə verilən məlumata görə, 2016-cı ilin müvafiq dövrü ərzində respublikaya idxal olunan digər heyvandarlıq məhsulları ilə yanaşı, ərzaq yumurtalarından da nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasında bakterioloji, biokimyəvi, ağır metalların qalıq miqdarına, antibiotiklər və digər parametrlərə görə müvafiq müayinələrdən keçirilib.

Aparılan müayinələrin nəticəsinə görə, cari ilin müvafiq dövrü ərzində ölkəmizə idxal olunan ərzaq yumurtalarında hər hansı xəstəliyin törədicisi aşkar edilməyib, yoxlanılan nümunələr baytarlıq-sanitariya cəhətdən yararlı olub, yumurtaların sağlam və yeyinti üçün yararlı olması müəyyən edilib.

Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, idxal edilən yumurtalarda heç bir xəstəlik mövcud deyil. İdxal edilən heyvan, heyvan mənşəli məhsullar, eləcə də yumurta müvafiq laboratoriya müayinələrindən keçdikdən, yeyinti üçün yararlı olması müəyyən edildikdən sonra onların satışına icazə verilir. Ölkəyə idxal edilən bütün heyvan mənşəli məhsullara nəzarət olunur.

16
Teqlər:
müayinə, virus, Dövlət Baytarlıq Nəzarəti Xidməti, Kənd Təsərrüfatı Nazirliyi, yumurta, xəstəlik
Əlaqədar
Azərbaycana idxal olunan lobyada xəstəlik aşkarlandı
Bu xəstəlik hər üç qadından birində var
Qanvermə aksiyasında iştirak edən 5 nəfərdə xəstəlik aşkarlanıb
Saatlarla televizora baxmaq ağır xəstəlik törədir