Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda ən çox korrupsiya faktları aşkarlanan sahələr açıqlandı

© Photo : REPORTKamran Əliyev
Kamran Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
Kamran Əliyev: "Bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub. Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib"

BAKI, 15 iyul — Sputnik. Azərbaycanda ən çox korrupsiya faktı aşkarlanan qurumların adları açıqlanıb. Sputnik xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

Банк - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərbaycanda ən çox korrupsiya bank sektorunda baş verir"

Onun sözlərinə görə, bu il məhkəməyə göndərilən 100 işdən ən çoxu bank sektoru ilə bağlı olub. Bank sektoru ilə bağlı istintaqı aparılan 37 cinayət işi məhkəmələrə göndərilib.

Digər cinayət işlərinin 16-sı özəl sektor, 13-ü tikinti sektoru, 11-i ticarət, 8-i yerli icra hakimiyyəti orqanlarının əməkdaşları ilə bağlı, 5-i bələdiyyələr, 4-ü səhiyyə, 3-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 3-ü təhsil, 3-ü enerji sahəsi, 3-ü nəqliyyat, 1-i daxili işlər orqanları ilə bağlı olub.

Xəbər lenti
0