Çətənə

Şəki Zaqatala sakinləri Qaxda çətənə becərirmişlər

1 / 2
55
Keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxslər saxlanılıb. Əkdikləri 215 ədəd narkotik tərkibli çətənə kolları maddi sübut olaraq götürülüb.

BAKI, 11 iyul — Sputnik. Zaqatala rayon sakini Əhmədov Etibar Məhəmməd oğlu və Şəki şəhər sakini Yusifov Səbuhi Fikrət oğlu birlikdə, 2016-cı ilin aprel ayında Qax rayonunun Cəlayir kəndinin yaxınlığında olan meşə sahəsində qanunsuz olaraq, tərkibində narkotik olan çətənə bitkisi əkərək aqrotexniki qaydada qulluq və kultivasiya etməklə onları yetişdiriblər.

Sputnik-in bölgə müxbiri xəbər verir ki, Qax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində həmin şəxslər elə həmin ərazidə saxlanılıb. Əkdikləri 215 ədəd narkotik tərkibli çətənə kolları maddi sübut olaraq götürülüb. Hər iki şəxs barəsində Qax rayon polis şöbəsinin təhqiqat bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

55
Teqlər:
Yusifov Səbuhi Fikrət oğlu, Əhmədov Etibar Məhəmməd oğlu, çətənə, Zaqatala, Qax, Şəki, narkotik
Əlaqədar
Nazirlik əməkdaşında narkotik və silah aşkarlandı
Bəzi preparatlar narkotik vasitələr siyahısına salındı
"Ot qismində qəbul olunan narkotik maddələrə görə "miqdar limitini" götürmək lazımdır"
Millət vəkili narkotik maddədən istifadəni leqallaşdırmağı təklif edir
"Uzun müddətdir, İrandan Azərbaycana narkotik daşınır"
Dabandan narkotik çıxdı