Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Hindistan təyyarəsi Bakıda məcburi eniş edib

© wikipedia"Air İndia" təyyarəsi
Air İndia təyyarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Göyərtəsində 206 sərnişin olan təyyarə texniki səbəblərə görə saat 22:00 radələrində Bakı aeroportuna enib. "Air İndia" sərnişinləri Mumbaya çatdırmaq üçün Bakıya digər təyyarə göndərib.

BAKI, 11 iyul — Sputnik. "Air İndia" aviaşirkətinə məxsus London-Mumbay marşrutu üzrə reys həyata keçirən təyyarə ötən gün gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına məcburi eniş edib. Bunu Trend-ə hava limanından deyiblər.

Qeyd ediblər ki, göyərtəsində 206 sərnişin olan təyyarə texniki səbəblərə görə saat 22:00 radələrində Bakı aeroportuna uğurlu eniş edib. "Air İndia" sərnişinləri Mumbaya çatdırmaq üçün Bakıya digər təyyarə göndərib. Həmin təyyarə yerli vaxtla saat 14:37-də bütün sərnişinlərlə birlikdə Bakıdan havaya qalxıb.

Xəbər lenti
0