Kaliforniya qalxanlı yastıcasına yoluxmuş şaftalı

Gürcüstandan Azərbaycana idxal olunan 9,2 ton nektarin şaftalı geri qaytarılıb

27
(Yenilənib 17:51 06.07.2016)
Ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası aşkar edilib

BAKI, 6 iyul — Sputnik. Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb.

Bu barədə Sputnik-ə Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən Kaliforniya qalxanlı yastıcası (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

Kaliforniya qalxanlı yastıcası polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi, ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

 

27
Teqlər:
Kaliforniya qalxanlı yastıcası, nektarin, şaftalı, idxal, Gürcüstan
Əlaqədar
Azərbaycan Gürcüstandan heyvanlarin gətirilməsinə qadağa qoyub
Gürcüstandan Azərbaycana diri heyvanların idxalı qadağan olundu
Ölkəyə gətirilən meyvədə xəstəlik aşkarlandı
İcra hakimiyyətlərində dövlət hesabına saxlanılan saxta postlar aşkarlanıb
Bir tona yaxın yararsız ət aşkarlandı
Bakıda icazəsiz beynəlxalq rabitə xidməti aşkarlanıb