Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Çimərlik mövsümünün növbəti faciəsi

© © APAAbşeron çimərliklərindən birində FHN xilasediciləri. Arxiv şəkli
Abşeron çimərliklərindən birində FHN xilasediciləri. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
18 yaşlı qız dənizdə boğulub, onun cəsədi FHN əməkdaşları tərəfindəb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 4 iyul — Sputnik. Xəzər dənizində 1 nəfər boğulub, 3 nəfər xilas edilib. Sputnik Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan ikisi xilas edilib. Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi isə çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Daha bir nəfər isə Abşeron rayonunda dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Xilasedicilər vətəndaşı sudan çıxarıblar.

Xəbər lenti
0