BAKI, 4 iyul — Sputnik. İstanbulda ölkəyə qanunsuz yolla külli miqdarda qiymətli daşlar keçirməyə çalışan Azərbaycan vətəndaşı saxlanılıb. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, qaçaqmalçılığa qarşı mübarizə şöbəsi İstanbulun Sabiha Gökçen hava limanında çay paketlərində 5,5 kq zümrüdü Türkiyə ərazisinə keçirməyə çalışan şəxsi saxlayıb.
Azərbaycan vətəndaşı olan həmin şəxsin keçirmək istədiyi qiymətli daşların ümumi dəyəri isə təqribən 1 milyon dollar məbləğində olub. Saxlanılan şəxsin qiymətli daşları qaçaqmalçılıq yolu ilə BƏƏ-dən gətirən mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal olunur. Faktla bağlı istintaq başlanılıb.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
BAKI, 20 yanvar - Sputnik. Ağ Evi tərk edən ABŞ Prezidenti Donald Tramp tərəfdaşlarına "bu və ya başqa formada" geri dönəcəyini söz verib.
"Sizi sevirik. Bu və ya başqa formada qayıdacağıq... Qoy hər işiniz yaxşı olsun. Tezliklə görüşənədək", - Vaşinqtonu tərk edib Floridaya uçmazdan əvvəl "Endryus" aviabazasında toplaşmış qohumları və tərəfdarları qarşısında çıxış edən Tramp deyib.
JUST IN: In his closing remarks as President, Donald Trump wished the incoming administration “great luck,” but said “we will be back in some form.” https://t.co/pylyIzv6mm pic.twitter.com/BrnDeMMCMn
— CNN (@CNN) January 20, 2021
O, vitse-prezident Mayk Pensə və Konqresə xüsusi minnətdarlıq edərək birlikdə yaxşı işlədiklərini vurğulayıb.
Bundan sonra o, ailəsinin yanına qayıdıb, qızı Tiffanini qucaqlayıb, təyyarəyə doğru yönələrkən isə qayıdaraq Ağ Evin sabiq başçısı Mark Midousun əlini sıxıb və fəxri qarovulun müşayiəti ilə prezident təyyarəsinə minib. Təyyarə havaya qalxanda isə aviabazada Frenk Sinatranın ifasında "My Way" (Mənim yolum) mahnısı səsləndirilib.
Air Force One leaves Joint Base Andrews, with US President Donald Trump onboard for the final time – as the Frank Sinatra song, My Way, plays out across the air basehttps://t.co/AbQxlbyS9h pic.twitter.com/UFAH2VgJic
— BBC News (World) (@BBCWorld) January 20, 2021