Adana Sabancı Mərkəz məscidi

Məsciddə bomba həyacanı - təhlükəli anlar

251
Məsciddə yoxlanış aparılıb. Hələlik həmin şəxsin üzərində bomba olub-olmadığı barədə heç bir məlumat verilməyib.

BAKI, 3 iyul — Sputnik. Türkiyənin Adana şəhərində yerləşən Sabançı məscidində Cümə namazı zamanı gərgin anlar yaşanıb. Sputnik Türkiyə KİV-ə istinadən xəbər verir ki, məsciddə Cümə namazından öncə, namaza toplaşanlar arasından bir nəfər ayağa qalxaraq "özümü partladacağam" deyə qışqırıb.

Şübhəli şəxs məscidə toplaşanlar tərəfindən zərərləşdirilib. Məsciddə yoxlanış aparılıb. Hələlik həmin şəxsin üzərində bomba olub-olmadığı barədə heç bir məlumat verilməyib.

251
Teqlər:
Cümə namazı, Sabançı məscidi, partlayış, Adana, bomba, Türkiyə
Əlaqədar
"İndi Türkiyədə vəziyyət elədir ki, kim istəsə, bomba partlada bilər"
İstanbul aeroportunda 3 canlı bomba
Bomba olayı belə başa çatdı
"28 Mall"da bomba həyəcanı
Düşmən qərargahının bombalanmasının videogörüntüsü yayıldı
Kommunarkada karantin mərkəzi, arxiv şəkli

Rusiyada koronavirusdan ölənlərin sayı daha bir psixoloji göstəricisini keçdi

6
(Yenilənib 13:58 22.10.2020)
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

BAKI, 22 oktyabr — Sputnik. Son bir sutka ərzində Rusiyada 15971 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 290 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 1463306-ya çatıb. Rusiyada pandemiya yayılandan 25242 nəfər COVID-19-dan vəfat edib. Ölkədə bu virusdan sağalanların sayı 1107988-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 41,2 milyonu keçib, 1,13 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

6
Ermənistana məxsus taktiki PUA, arxiv şəkli

Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edildi

109
Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib.

BAKI, 22 oktyabr — Sputnik. Naxçıvan istiqamətində uçan Ermənistan PUA-sı məhv edilib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

"Oktyabrın 22-də səhər saatlarında Naxçıvan Muxtar Respublikasının Sədərək və Şərur rayonları istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus daha bir taktiki pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən məhv edilib", - deyə məlumatda bildirilir.

109
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
(2:08 / 13.71Mb / просмотров видео: 8)

İsrail səfiri Gəncədə: “Qurbanların başına gələnləri dinləmək ürəyimi ağrıdır”

0
(Yenilənib 18:58 22.10.2020)
İsrailin Azərbaycandakı səfiri Corc Dik Gəncə şəhərinə baş çəkərək, erməni SQ-nin atdığı ballistik raketin törətdiyi fəsadlarla tanış olub, zərər çəkmişlərin ailələri ilə görüşüb. Daha ətraflı – videomuzda.

İsrailli diplomat Gəncə şəhərinə baş çəkib. Səfir Corc Dik Gəncədə erməni SQ-nin atdığı ballistik raketindən uçmuş evlərin qurbanları ilə görüşüb, onlara şəxsən öz və bütün İsrail dövlətinin başsağlığını çatdırıb.

“Mən qurbanların bəziləri ilə bu gün görüşdüm. Bəziləri ilə daha sonra tanış olacağam. Onların başına gələnləri dinləmək ürəyimi ağrıdır. Milli mənsubiyyət və inancından asılı olmayaraq, dinc əhaliyə qarşı hücumlar qəbuledilməzdir. Hər insanın həyatı vacibdir”, - deyə israilli diplomat mətbuata açıqlamasında deyib.

Corc Dik həm də İsrail-Azərbaycan münasibətlərindən danışıb. O, münasibətimizin dostluq üzərində qurulduğunu, tarixi köklərə dayandığını və özünü iqtisadiyyatın müxtəlif sayələrdə əməkdaşlığımızda büruzə verdiyini bəyan edib.

Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından 100 km kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan və əhalinin sıx məskunlaşdığı Gəncə şəhərini Ermənistan ərazisindən növbəti dəfə raket atəşinə tutub. İçərisində uşaq, qadın, ahıl insanların da yaşadığı çoxmənzilli binalarda 4-ü qadın olmaqla 9 nəfər həlak olub, 16-sı qadın, 6-sı uşaq olmaqla 34 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə külli miqdarda ziyan dəyib.

Oktyabrın 12-də isə yaralı şəxslərdən biri, 1992-ci il təvəllüdlü Əliyeva Günay Zahid qızı müalicə olunduğu xəstəxanada vəfat edib.

Oktyabrın 17-də Ermənistan ordusunun Gəncəyə daha bir raket hücumu nəticəsində 4-ü uşaq olmaqla 16 nəfər dinc sakin həlak olub, 52 nəfər xəsarət alıb.

0