Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir

Bakının bu ərazisində 2 gün su olmayacaq

365
Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

BAKI, 1 iyul — Sputnik. Kür-Bakı magistral su xəttindən ayrılan və Səbail rayonu Badamdar qəsəbəsini içməli su ilə təmin edən 2 ədəd magistral xəttin birinin çətin relyef şəraitindən keçən hissəsində qəza baş verib. Bu barədə Sputnik-ə "Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

  • Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir
    Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir
    © Photo : Azərsu ASC mətbuat xidməti
  • Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir
    Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir
    © Photo : Azərsu ASC mətbuat xidməti
  • Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir
    Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir
    © Photo : Azərsu ASC mətbuat xidməti
1 / 3
© Photo : Azərsu ASC mətbuat xidməti
Kür-Bakı magistral su xəttindən ayrılan 2 ədəd xəttin birində qəza baş vermişdir

Məlumata görə, baş vermiş qəza ilə əlaqədar Badamdar qəsəbəsinin bir hissəsinin su təchizatında fasilə yaranıb. Hazırda əraziyə xüsusi texnika və işçi qüvvəsi cəlb olunaraq qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

Qəza-bərpa işlərinin çətin relyef şəraitində aparılması nəzərə alınaraq 01-02 iyul 2016-cı il tarixlərində Badamdar qəsəbəsinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranan narahatlıqla əlaqədar "Azərsu" ASC abonentlərdən üzr istəyir.

365
Teqlər:
Badamdar qəsəbəsi, Kür-Bakı magistral su xətti, Səbail rayonu, su, içməli su, "Azərsu" ASC
Əlaqədar
Xəbərdarlıq: Bakıya və bir sıra rayonlara içməli su məhdudiyyətlərlə veriləcək
Dünyada ən keyfiyyətli suyu və çimərlikləri olan ölkələrin adları açıqlanıb
Paytaxtın bu ərazilərinə içməli su verilməsi dayandırılacaq
Paytaxtın bəzi küçələrində içməli suyun verilməsində məhdudiyyət var
28 nəfər içməli sudan zəhərlənib
İldırım, arxiv şəkli

Azərbaycanda 18 yaşlı oğlanı ildırım öldürdü

22
İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb.

BAKI, 17 may - Sputnik. Samuxda bədbəxt hadisə baş verib.

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, hadisə rayonun Hacıalılı kəndində qeydə alınıb.
Kənd sakini, 2003-cü il təvəllüdlü Sənan Zaur oğlu Həsənov təsərrüfatda mal-qara otaran zaman onu ildırım vurub. 18 yaşlı gənc həmin an ölüb.

İlkin məlumata görə, örüşdə qoyun otaran 3 nəfər olub. İldırım onların yaxınlığına düşdüyündən zərbədən hamısı müvazinətini itirərək yıxılıb. Digər 2 nəfər bir neçə dəqiqədən sonra ayağa qalxıb.

İldırımın çaxdığı məqamda S.Həsənovun telefonla danışdığı bildirilib. Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.

Eləcə də oxuyun:

* Qubadakı hadisənin dəhşətli pərdəarxası: qardaşı ilə dərdləşib intihar etdi

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

22
Teqlər:
gənc, Samux, ildırım
Çay, arxiv şəkli

Qubadakı hadisənin dəhşətli pərdəarxası: qardaşı ilə dərdləşib intihar etdi

81
1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər.

BAKI, 17 may - Sputnik, Leyla Abdullayeva. Qubada iki qardaşın Qudyalçaya düşməsinin və birinin həlak olmasının təfərrüatı bəlli olub.

Sputnik Azərbaycan-ın müxbiri xəbər verir ki, hadisə bu gün saat 12 radələrində Qəçrəş yolu adlanan yaşayış massivində baş verib. Kəndin meşəlik ərazisində bir nəfər özünü hündürlükdən ataraq intihar edib. 

İlkin araşdırma nəticəsində aydın olub ki, intihar edən şəxs Quba şəhər sakini, A.Əhmədov küçəsi 21 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Ruslan Elman oğlu İsayevdir. R. İsayevin 2019-cu ildə  arvadı Firuzə Firuz qızı Aydəmirova ilə rəsmi olaraq boşandığı və keçmiş həyat yoldaşının uşağını ona göstərmədiyi bildirilir.

Bu səbəbdən ciddi narahatlıq keçirən Ruslan İsayev bu gün "Qəçrəş yolu" adlanan meşəlik ərazidə qardaşı İsa ilə dərdləşərkən özünü qəflətən hündürlükdən atıb. Ruslan İsayev aldığı xəsarətdən yerindəcə keçinib. Onun hadisədən öncə "Go" markalı spirtli enerji içkisi qəbul etdiyi də deyilir.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma )maddəsilə cinayət işi açılıb.

 

--------

19:34

Qubanın Qəçrəş kəndində faciəli hadisə baş verib.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonu, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub. FHN-in Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb.

Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Eləcə də oxuyun: 

* Göyçayda 18 yaşlı qızın dayısı tərəfindən öldürüldüyü məlum olub

* İsmayıllıda yeni ailə quran gənc oğlan bədbəxt hadisə nəticəsində ölüb

* Oğuzda balıq ovu ölümlə bitdi

 

81
Teqlər:
FHN, həlak, qardaşlar, çay, Quba
Ləki-Qəbələ dəmiryolu ilə hərəkət edəcək Stadler qatarı

Ləki-Qəbələ dəmir yolu istifadəyə hazırdır

0
İlk sərnişinləri jurnalistlər olan dəmir yolu xəttində İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci sinif vaqonlardan ibarətdir.

BAKI, 18 may — Sputnik, Zülfiyyə Quluyeva. Artıq Ləkidən Qəbələyə qatarla getmək mümkün olacaq. Bu gün qatarla media tur təşkil olunub. Beləliklə, sözügedən qatarın ilk sərnişinləri jurnalistlər olub.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat katibliyi şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Ləki–Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu ox üzrə 42.3 km, yan yollarla birlikdə isə 44.5 km təşkil edir. Ləki – Qəbələ birxətli dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) süni mühəndis qurğusu, Ağdaş dəmir yolu dayanacağı, Qəbələ dəmir yolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmir işləri aparılıb.

Bakıdan Qəbələyədək dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Dəmir yolu xəttində İsveçrənin "Stadler Rail Group" şirkətinin istehsalı olan dördvaqonlu ikimərtəbəli sürət qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci sinif vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biznes, 9-u isə birinci sinif yerlərdir.

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr istinad divarının tikintisi tamamlanıb. Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xətti və kontakt şəbəkəsi quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 paqon metr metal hasar quraşdırılıb.

0