Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyədəki terror aktının anbaan görüntüləri

© Hadisə şahidinin çəkdiyi fotoTürkiyənin ən böyük hava limanında partlayışlar törədilib
Türkiyənin ən böyük hava limanında partlayışlar törədilib - Sputnik Azərbaycan
Abunə olmaq
Atatürk Beynəlxalq Hava Limanında baş vermis partlayışlardan birinin baş vermə anının görüntüləri yayılıb

BAKI, 29 iyun — Sputnik. Bu gün axşam saatlarında Türkiyənin İstanbul şəhərinin Atatürk Beynəlxalq Hava Limanında baş vermis partlayışlardan birinin baş vermə anının görüntüləri yayılıb.

Qeyd edək ki, partlayışlar beynəlxalq uçuş terminalında baş verib. Hadisə şahidlərinin sözlərinə görə, 4 silahlı şəxs partlayışlardan sonra ərazidən qaçaraq uzaqlaşıb.

Hava limanına çoxlu sayda təcili tibbi yardım maşını, polis və yanğınsöndürən göndərilib. Hava limanının bütün giriş və çıxışlar bağlanıb.Istanbul: A number of people have been injured in explosions at Istanbul's main Ataturk airport. #7News https://t.co/LZ0vgDVGfE

Yerli mətbuatın məlumatına görə, şəxsiyyəti hələlik müəyyən edilməmiş bir neçə nəfər terminalın binasının baxış məntəqəsində qumbara atıb. Hadisənin terror aktı olduğu və nəticədə, ən azı 10 nəfərin dünyasını dəyişdiyi bildirilir.

Ədliyyə naziri Bəkir Bozdağ terror aktı zamanı iyirmidən çox insanın yaralandığını bildirib. KİV-də yayılan digər məlumatlarda yaralıların sayının 40-dan çox olduğu deyilir.

Xəbər lenti
0