Tikinti işləri

Özlərini 16-cı mərtəbədən atmaq istədilər

21
Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb

BAKI, 25 iyun — Sputnik. Bu gün səhər saatlarında Bakıda intihar cəhd edən iki nəfər dövlət qurumlarını ayağa qaldırıb. Sputnik Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasmal rayonunda 2 nəfərin intihar məqsədilə tikilməkdə olan onaltımərtəbəli binanın damına çıxması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər və hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə vətəndaşlarla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxslar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:39-da başa çatıb.

21
Teqlər:
canına qəsd, əməliyyat, intihar, Fövqəladə Hallar Nazirliyi, xilasetmə
Əlaqədar
Azərbaycanda qocalar niyə intihar edir?!
Saxlanılan şəxs polis idarəsində intihar etdi
13 yaşlı əlaçı məktəbli qızın dəhşətli intiharı
Ölkə gündəmini silkələyən intiharın izi ilə - tükürpədici səbəb
İmişlidə 17 yaşlı gənc intihar edib
Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov

Vəkil Adil İsmayılov koronavirusdan vəfat edib

14
(Yenilənib 10:34 03.12.2020)
Yeni növ koronavirus Azərbaycanın daha tanınmış şəxsinin, vəkil Adil İsmayılovun həyatına son qoydu.

BAKI, 3 dekabr - Sputnik. Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Adil İsmayılov vəfat edib.

“Report” xəbər verir ki, bunu vəkil Aqil Layic deyib.

A.İsmayılov koronavirusdan dünyasını dəyişib.

Allah rəhmət eləsin!

14
Elmi mərkəzdə seysmoqraf

Xəzər dənizində zəlzələ oldu

15
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb.

BAKI, 2 dekabr - Sputnik. Xəzər dənizində zəlzələ qeydə alınıb.

Bu barədə Sputnik Azərbaycan AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 20:32-də, 3,4 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 57 kilometr dərinlikdə yerləşib.

15
Teqlər:
Xəzər dənizi, zəlzələ
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb

Zakir Həsənov Rüstəm Muradov ilə görüşüb

0
(Yenilənib 12:21 03.12.2020)
Üçtərəfli bəyanata əsasən, təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

BAKI, 3 dekabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-leytenant Rüstəm Muradov ilə görüşüb. Bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.

Görüşdə Azərbaycan, Rusiya Prezidentləri və Ermənistanın baş nazirinin birgə Bəyanatının müddəalarının icrası məsələləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə bəyanat veriblər.

Bəyanata görə, Ağdam rayonu 2020-ci il noyabrın 20-də, noyabrın 25-də (ilkin olaraq noyabrın 15-i nəzərdə tutulurdu) Kəlbəcər rayonu, dekabrın 1-də isə Laçın rayonu Azərbaycana qaytarılıb. Bununla yanaşı, təmas xətti və Laçın dəhlizi (Laçın şəhəri də bu dəhlizə daxildir) boyunca Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilir. Paralel olaraq Ermənistan silahlı qüvvələri işğal olunmuş ərazilərdən çıxarılır.

Tərəflərin razılığına əsasən, yaxın üç ildə Laçın dəhlizi üzrə Xankəndi ilə Ermənistanın əlaqəsini təmin edəcək yeni hərəkət marşrutunun tikintisinin planı müəyyən olunacaq. Daxili məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınların işləri üzrə Ali Komissarının nəzarəti altında Dağlıq Qarabağın və ətraf rayonların ərazisinə qayıdacaqlar. İqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunacağı gözlənilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki tərəfə maneəsiz hərəkətinin təşkil olunması məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək.

 

0