Rəşad Məmmədov

Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi azadlığa buraxıldı

64
Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib

BAKI, 20 iyun — Sputnik. Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkillər çıxış edərək müdafiə etdikləri şəxslərin barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

R. Məmmədov və digər təqsirləndirilənlər də barələrində bəraət hökmü çıxarılmasını istəyiblər. Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra prosesdə hökm elan edilib.

Hökmə əsasən, təqsirləndirilən Rəşad Məmmədov və İsfəndiyar İsfəndiyarov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar, Arzu Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri isə ləğv edilib.

Qeyd edək ki, günün birinci yarısında keçirilən məhkəmə prosesində çıxış edən dövlət ittihamçısı R. Məmmədov və İsfəndiyar İsfəndiyarovun 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib və həmin müddətin başa çatmış hesab edilməsini, onların məhkəmə zalından azadlığa buraxılmasını, təqsirləndirilən Arzu Məmmədovun barəsində olan ev dustaqlığı qətimkan tədbirinin ləğv olunmasını istəyib.

64
Teqlər:
hökm, Rəşad Məmmədov, Dövlət Bayrağı Meydanı Kompleksi, Bakı Ağır Cinayətlər Məhkəməsi, azadlıq, cinayət işi
Əlaqədar
İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar təmin olunub
Jurnalist Xədicə İsmayılova azadlığa buraxılıb
3 mindən artıq məhkum azadlığa buraxıla bilər
Tanınmış rəssamın oğlu azadlığa buraxıldı
QHT rəhbəri dələduzluğa görə 10 il azadlıqdan məhrum edilib
Fairmont hotelində saxlanılan şəxslər

DİN məşhur oteldəki əməliyyatla bağlı məlumat yaydı VİDEO

0
(Yenilənib 21:01 05.07.2020)
Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub

BAKI, 5 iyul – Sputnik. Paytaxtın Səbail rayonunda otellərdən birində xüsusi karantin rejim qaydalarına əməl olunmayan, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan görüntülərlə bağlı müvafiq nəzarət-profilaktik tədbir keçirilib.

DİN-in Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə yayılan görüntülərdə əks olunan şəxslər müvafiq polis idarəsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.

Saxlanılan şəxslərin hər biri ilə profilaktik, izahedici söhbətlər aparılaraq onların diqqətinə çatdırılıb ki, bu əməllər ölkədə tətbiq olunan epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına zidd olmaqla, insanların həyat və sağlamlığı üçün risk daşıyır. Onlar izahatlarında bu hərəkətlərindən səmimi peşimançılıqlarını ifadə ediblər.

Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq  məsuliyyətə cəlb ediliblər.

0
Hovuzda üzən qadın, arxiv şəkli

Bakıda məşhur oteldə qaydanı pozanlar saxlanıldı - VİDEO

101
(Yenilənib 19:05 05.07.2020)
Bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb. Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib.

BAKI, 5 iyul – Sputnik. Polis Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelində karantin rejimini pozan şəxslərə qarşı əməliyyat keçirir.

Sputnik Azərbaycan-ın APA-ya istinadla məlumatına görə, hazırda polis qaydaları pozan şəxsləri bölməyə aparır.

Qeyd edək ki,  bu gün sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən "Fairmont Baku" otelindən görüntülər yayılıb.  Görüntülərdə karantin qaydaların pozulması müşahidə edilib. Həmçinin otelin rəsmi instagram səhifəsindən də vətəndaşları otelə dəvət edərək istirahət etməyə çağırış ediblər.

101
Mövzu:
Azərbaycan karantində: nikbinlər, bədbinlər, xeyirxahlar və ixtiraçılar