Gədəbəy rayonunun Şınıx  bölgəsinə yağan yağış körpü, ke­çid və yollara güclü ziyan vurub

Sel Gədəbəyə güclü ziyan vurub

6980
(Yenilənib 15:02 18.06.2016)
Ümumilikdə rayonun 32 yaşayış məntəqəsində təxminən 1000 ha təsərrüfata, bəzi yaşayış evlərinə, iri və xırda buynuzlu mal qaraya, körpü, keçid və yollara ziyan dəyib.

İlham Mustafa, Sputnik Azərbaycan

Gədəbəy rayonunun Şınıx bölgəsinə güçlü yağış və dolu yağıb. 

Ümumilikdə Qaravəlilər, Hacılar, Çay Rəsullu, Düz Rəsullu,Göyəlli, Şınıx, Mormor, Arabaçı, İsalı, Şahdağ, Çobankənd, Novoivanovka daxil olmaqla, 32 yaşayış məntəqəsində təxminən 1000 ha təsərrüfata, bəzi yaşayış evlərinə, iri və xırda buynuzlu mal qaraya, körpü, keçid və yollara ziyan dəyib. 

Gədəbəy rayonunun Şınıx  bölgəsinə yağan yağış körpü, ke­çid və yollara güclü ziyan vurub
© Sputnik / Ilham Mustafa
Gədəbəy rayonunun Şınıx bölgəsinə yağan yağış körpü, ke­çid və yollara güclü ziyan vurub

Məmmədov Azər Əflatun oğluna məxsus VAZ 21011 markalı 66-BJ-252 dövlət nömrə nişanlı avtomobili və Mustafayev soyadlı şəxsə məxsus BMW X5 markalı avtomobili sel aparıb. 

Gədəbəy rayon İcra Hakimiyyətindən hazırda kəndlərlə əlaqənin bərpa edildiyi bildirilir.

6980
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

“Yeni klinika”nın direktoru həbs olunub - FOTO

51
(Yenilənib 10:29 22.04.2021)
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 22 aprel — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə dair məlumat daxil olub. Həmin razılaşmaya uyğun olaraq o, öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika" tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

© Photo : Wikimed.az
Pərviz Abbasov

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi"nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.

51
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev

Mais Ağayev: “Piyadalar bu işə fayda verməlidirlər”

27
(Yenilənib 16:37 21.04.2021)
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyir ki, piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər
Mais Ağayev: “Piyada təhlükəsizliyinin artırılması ilə bağlı zəruri addımlar atılır”

“Piyada təhlükəsizliyinin artırılması ilə bağlı həm Bakı Nəqliyyat Agentliyi, həm də müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır”. Sputnik Azərbaycan xəbər verir ki, bunu İctimai TV-yə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

“Lakin piyadaların vurulması və onların ölümü ilə nəticələnən hadisələrin olmaması üçün piyadalar da qarşılıqlı olaraq bu işə fayda verməlidirlər. Piyadalar çoxzolaqlı və hərəkət sürət həddinin yüksək olduğu yollarda qarşı tərəfə müəyyən olunmamış yerlərdən keçməsinlər”.

Qeyd edək ki, bir neçə gün öncə Bakının Sabunçu rayonunda ana və azyaşlı oğlunun ölümü ilə nəticələnən yol qəzası baş vermişdi.

Mais Ağayevin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

27
Türkiyənin F-16 qırıcısı, arxiv şəkli

Vaşinqtonla Ankara arasında yeni gərginlik səbəbi: rəsmi imtina gəldi

7
(Yenilənib 13:41 22.04.2021)
Memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

BAKI, 22 aprel — Sputnik. Birləşmiş Ştatlar Rusiyadan "S-400" zenit-raket kompleksləri alması ilə əlaqədar Türkiyənin "F-35" qırıcılarının istehsalı proqramından çıxarılması barədə Ankaranı rəsmən məlumatlandırıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Pentaqondan olan mənbəyə istinadən xəbər verir.

Qeyd olunur ki, Birləşmiş Ştatlar 2007-ci ilin yanvarında "F-35"lərin istehsalı üzrə birgə memorandumu ləğv ediblər.

Xatırladaq ki, bu memoranduma əsasən, Ankara öz üzərinə 100 ədəd "F-35" tipli qırıcı almaq öhdəliyi götürürdü. Türkiyə həmçinin "F-35"lər üçün 1000-dən artıq komponentin istehsalında da iştirak edib.

7
Teqlər:
ABŞ, memorandum, Türkiyə, "F-35" qırıcıları