Şəmkirdə avtomobil qəzası

Şəmkirdə 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəza baş verib

75
Şəmkirdə "Mercedes"lə "VAZ 2106" markalı avtomobillərin toqquşması 4 nəfərin ölümünə, 3 nəfərin xəsarət almasına səbəb olub.

BAKI, 17 iyun-Sputnik. Şəmkirdə "Mercedes"lə "VAZ 2106" markalı avtomobillərin toqquşması 4 nəfərin ölümünə, 3 nəfərin xəsarət almasına səbəb olub.

Sputnik-in məlumatına görə, Şəmkir Mərkəzi rayon xəstəxanasından APA-ya bildiriblər ki, qəza zamanı xəsarət alan 6 nəfərdən daha 3-ü keçinib. Bundan əvvəl qəza zamanı "VAZ 2106" da olan Aynur adlı qadının hadisə yerində öldüyü bildirilmişdi.

"Mercedes"in sürücüsü Gəncə şəhər sakini, 1981-ci il təvəllüdlü İntiqam Muxtarov Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin normal olduğu bildirilir.

"VAZ"da olanların Şəmkirin Yeni Həyat və Seyfəli kənd sakinləri olduğu bildirilir.

"Mercedes"in sürücüsü İ. Muxtarovun dediyinə görə, qəzaya səbəb "VAZ"-ın ikinci dərəcəli yoldan anidən magistral yola çıxması olub.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

75
Teqlər:
Şəmkir, Mersedes, VAZ 2106, avtomobil qəzası, qəza, Yeni Həyat, Seyfəli, Baş Dövlət Yol Polisi İdarəsi, Təcili Tibbi Yardım xəstəxanası, Gəncə
Əlaqədar
Türk vətəndaşı qəza törətdi
Qaraçılar dəhşətli qəza törətdilər
Ələt-Astara yolunda zəncirvarı qəza baş verib, ölən və xəsarət alanlar var
Gəncədə bir saat ərzində iki qəza baş verib
8-ci kilometrdə dəhşətli qəza baş verib

Türkiyədə azərbaycanlı qadın qətlə yetirildi

12
Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib.

BAKI, 19 sentyabr — Sputnik. Türkiyədə azərbaycanlı qadın qətlə yetirilib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Nevşehirdə baş verib. Belə ki, azərbaycanlı qadın Tərhanə Yaman evinə getdiyi tanışı tərəfindən öldürülüb. İki uşaq anası olan 53 yaşlı T.Yaman Avanos bölgəsində yaşayan Duran Aşar adlı tanışının evinə gedib. Tərəflər arasında bilinməyən səbəbdən baş vermiş mübahisə qanla bitib.

Ev sahibi Duran Aşar ov tüfəngi ilə qadına atəş açıb və öldürüb. O, daha sonra evi tərk edib.

Yamandan xəbər ala bilməyən yaxınları Duran Aşarın evinə yollanıb və qapısı açıq evdə Tərhanənin meyiti ilə qarşılaşıblar. Hadisə yerinə polis çağırılıb.

Axtarışlar zamanı məlum olub ki, qətli törədən Duran Yaşar Kayseriyə gedib və orada özünü qatarın altına ataraq intihar edib. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

12
Teqlər:
qətl, Türkiyə, qadın
Qandal, arxiv şəkli

Narkotik qəbul edib sükan arxasına keçdi

11
(Yenilənib 16:17 18.09.2021)
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib.

BAKI, 18 sentyabr — Sputnik. Yasamal rayonunda narkotik vasitələrdən istifadə edərək taksi fəaliyyəti ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində paytaxt sakini Kənan Məlikli tutulub. Onun üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edilib.

Saxlanılan şəxs ifadəsində narkotik vasitələri qəbul etdikdən sonra taksi fəaliyyəti ilə məşğul olduğunu etiraf edib. Faktla bağlı Kənan Məlikli barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir. Onun barəsində toplanan materiallar Yasamal Rayon Polis İdarəsinin İstinaq Şöbəsinə göndəriləcək.

Eləcə də oxuyun:

11
Teqlər:
narkotik, taksi, polis, Yasamal, Bakı

Nazir: "Rusiya şirkətləri Azərbaycanın neft-qaz sahəsinə 5 mlrd. dollaradək pul yatırıb"

13
Energetika nazirinin fikrincə, Rusiya biznesinin Azərbaycanda iştirakı hər iki ölkənin maraqlarına cavab verən amildir.

BAKI, 20 sentyabr - Sputnik. "Azərbaycan ən əlverişli investisiya şərtlərinə malik ölkələrdən biridir. Hökumət ölkənin investisiya cəlbediciliyini artırmaq üçün daim çalışır. Bu tədbirlər sayəsində Dünya Bankı "Doing Business 2020" hesabatında Azərbaycanı ən qabaqcıl 20 islahatçı ölkə sırasına daxil edib".

Report-un xəbərinə görə, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Rusiyanın "Nefteqazovaya Vertikal" jurnalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, böyük karbohidrogen ehtiyatlarına malik olan Azərbaycanın neft və qaz sektoru da hər zaman xarici investisiyalar üçün cəlbedici olub: “2000-ci ildən 2020-ci ilə qədər olan dövrdə Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard ABŞ dolları sərmayə qoyulub ki, bunun da 79,5 %-i xarici investisiyalardır. Rusiya investisiyalarına gəldikdə, ilk növbədə qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin səyləri sayəsində ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələr durmadan inkişaf edir və bu gün strateji əməkdaşlıq səviyyəsinə çatıb”.

Nazir bildirib ki, bu amil iqtisadiyyatın bütün sahələrində, o cümlədən neft-qaz sektorunda əməkdaşlıq üçün geniş imkanlar açır: “Həmçinin qeyd etmək lazımdır ki, 2014-cü ildə Azərbaycan Respublikası hökuməti ilə Rusiya Federasiyası hökuməti arasında "İnvestisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında" Saziş imzalanıb ki, bu da öz növbəsində ikitərəfli əməkdaşlıqda iqtisadiyyatın inkişafına mühüm töhfə verir”.

P. Şahbazov bildirib ki, bunun üçün də Azərbaycan ilə Rusiya arasında qarşılıqlı sərmayə qoyuluşu sahəsində yaxşı bir dinamikanın olması təəccüblü deyil: “Bu gün Azərbaycanda Rusiya kapitallı mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin Azərbaycanın neft-qaz sektoruna sərmayələrinin ümumi həcmi bu ilin 1 aprel tarixinə 4,9 milyard ABŞ dolları təşkil edib”.

Nazir xatırladıb ki, “Lukoil” Azərbaycanın neft və qaz sektorunda işə başlayan ilk şirkətlərdən biridir: “Şirkət 1990-cı illərin əvvəllərində “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsi layihəsi ilə başlayıb. Şirkət həmçinin dünyanın ən böyük layihələrindən biri olan “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsində iştirak edir. Bundan başqa təbii qazın Avropaya nəql edildiyi Cənubi Qafqaz Qaz Kəməri layihəsində 10 % paya malikdir. “Lukoil”in Azərbaycanda öz yanacaqdoldurma məntəqələri şəbəkəsi də var”.

Rusiya şirkəti ilə gələcək əməkdaşlığa gəlincə isə P. Şahbazov vurğulayıb ki, 21 yanvar 2021-ci ildə Azərbaycan Respublikası hökuməti ilə Türkmənistan hökuməti arasında Xəzər dənizindəki “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı və işlənməsinə dair Anlaşma Memorandumu imzalanıb: “Lukoil” "Dostluq" yatağının işlənməsində operator olaraq iştirak etmək niyyətini bildirib”.

Həmçinin oxuyun:

Azərbaycan üçün tarixi gün: "Əsrin müqaviləsi"ndən 27 il ötür

SOCAR neft-qaz hasilatını yeddi faiz artırıb

13