Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

FİFA-nın keçmiş prezidentindən şok etiraf

© AFP 2023 / NELSON ALMEIDA Yozef Blatter
Yozef Blatter - Sputnik Azərbaycan
Abunə olmaq
Yozef Blatter: "Kürəciklər püşkatma öncəsi soyuducuya salınır. Sonradan xırda toxunuş belə kifayət edir ki, onların qızdırılmış və ya soyuq olduğunu müəyyənləşdirəsən"

BAKI, 14 iyun-Sputnik. FİFA-nın keçmiş prezidenti Yozef Blatter püşkatmalar zamanı saxtakarlıqlardan danışıb.

Sputnik Report-a istinadla xəbər verir ki, isveçrəli sabiq funksioner belə bir halla Avropa səviyyəli püşkatmalarda rastlaşdığını bildirib.

"Kürəciklərin isti və soyuq olması texniki cəhətdən mümkündür. Belə hal FİFA-da olmayıb, amma Avropa səviyyəli yarışlarda görmüşəm. Kürəciklər püşkatma öncəsi soyuducuya salınır. Sonradan xırda toxunuş belə kifayət edir ki, onların qızdırılmış və ya soyuq olduğunu müəyyənləşdirəsən" deyə Y.Blatter vurğulayıb.

Yozef Blatter 1998-2015-ci illərdə FİFA prezidenti olub. O, ötən il qurumun Etika Komitəsinin qərarı ilə tutduğu vəzifədən kənarlaşdırılıb. Hazırda FİFA-ya UEFA-nın sabiq baş katibi Canni İnfantino başçılıq edir.

Xəbər lenti
0