Qəbələdə sel

İsmayıllıda 10-dan çox kəndi sel basıb, yollar dağılıb

4722
(Yenilənib 19:34 12.06.2016)
Bu gün saat 15:00 radələrində 2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

BAKI, 12 iyun — Sputnik. İsmayıllı rayonun bir neçə kəndində evləri və əkin sahələrini sel suları basıb.

APA-nın xəbərinə görə, bu gün saat 15:00 radələrində 2 saat ərzində güclü küləklə müşayiət olunan leysan yağışın yağması nəticəsində yaranan sel suları rayonun 10-dan çox kəndində təsərrüfatın ayrı-ayrı sahələrinə ciddi ziyan vurub.

Dağlardan gələn güclü sel suları Kürdmaşı, Quşencə, Qarakolluq, Balik, Enişdibi, Talış, Yenikənd, Şükürçü, Aşıqbayramlı kəndlərində fərdi həyətyanı sahələri, evlərin zirzəmisini basıb, taxıl və üzüm sahələrini, meyvə-tərəvəz bağlarını məhv edib, toyuq-cücə və mal-qara arasında tələfat var. Təbii fəlakət zamanı yenidən asfaltlanaraq bu günlərdə istifadəyə verilən Qaraməryəm-İsmayıllı avtomobil yolu dağılıb. Sel suları yolun 8 və 23-cü kilometrliyində hərəkət zolağını dağıdaraq nəqliyyatın hərəkətinin tamamilə dayanmasına səbəb olub. Təbii fəlakət nəticəsində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 8 kilometrlik hissəsi tamamilə dağılaraq yararsız hala düşüb. İsmayıllının 10-a yaxın kəndi ilə Qaraməryəm-İsmayıllı avtomobil yolu arasındakı Dəvəbatan çayı və adsız xırda çaylar üzərindəki körpüləri sel suları yuyub apardığı üçün yerli əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi kəsilib. Sel suları Kürdmaşı kəndindən keçən Oğuz-Qəbələ-Bakı içməli su kəməri üçün təhlükə yaratdığı üçün əraziyə ağır texnikalar və işçi qüvvəsi cəlb olunub.   

Dörd tərəfi dağlarla əhatə olunan bu kəndlərdə sel suyunun hündürlüyü bəzi yerlərdə bir-iki metrdən çox olduğu üçün sakinlər evlərin eyvanlarına və damına çıxıblar. Ümumilikdə 200-dən çox evin zirzəmisi və həyətyanı sahələri su basıb, 10-a yaxın köhnə ev, tövlə və yardımçı tikililər dağılıb, küçələrdə dərin yarğanlar, keçilməz su gölməçələri və lil qatı əmələ gəlib, təbii qaz xətti qırılaraq yararsız hala düşüb. Kənd sakinləri görünməmiş təbii fəlakətlə üzləşdiklərini və heç vaxt belə güclü yağış və sel sularının şahidi olmadıqlarını bildiriblər. Kəndlərin daxilindən keçən su arxları daşaraq kənardakı evlərə, əkin sahələrinə ciddi ziyan vurub, həyətləri qalın lil qatı örtüb. Hazırda kəndlərdə sel və daşqınlar davam edir.

Güclü külək səbəbindən ağaclar qırılaraq elektrik naqillərinin üzərinə düşüb, bəzi yerlərdə sel suları elektrik dirəklərini aşırıb, kəndlərə enerji verilişi dayanıb. Bəzi yerlərdə rabitə və elektrik dirəkləri, meyvə ağacları yıxılıb, naqillər qırılıb, meyvə-tərəvəz sahələrinə xeyli ziyan dəyib. Hadisə baş verən əraziyə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin, İsmayıllı rayon Suvarma İdarəsinin, İsmayıllı rayon 7 saylı yol istismar idarəsinin işçiləri cəlb olunub.

4722
Bıçaq əlində qadın, arxiv şəkil

Qadın ərini ürəyindən bıçaqlayıb

3
(Yenilənib 14:17 22.04.2021)
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 22 aprel — Sputnik. Aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həyat yoldaşı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

3
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

“Yeni klinika”nın direktoru həbs olunub - FOTO

186
(Yenilənib 10:29 22.04.2021)
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 22 aprel — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə dair məlumat daxil olub. Həmin razılaşmaya uyğun olaraq o, öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika" tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

© Photo : Wikimed.az
Pərviz Abbasov

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi"nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.

186
“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş

"İnklüziv teatr" layihəsinin iştirakçıları ilə ilk görüş keçirilib

0
(Yenilənib 15:48 22.04.2021)
Teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr" layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

BAKI, 22 aprel — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrında UNESCO tərəfindən təsdiq edilən "İnklüziv teatr" layihəsi üçün onlayn kastinq yolu ilə seçilən eşitmə məhdudiyyətli uşaq və gənclərin iştirakı ilə teatr rəhbərliyinin ilk görüşü keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, görüşü giriş sözü ilə açan Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev burada fəaliyyət göstərən teatr studiyasının nəzdində yaradılan "İnklüziv teatr" barəsində tədbir iştirakçılarına ətraflı məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı və yadıcı heyətə uğurlar arzuladı.

Daha sonra o, teatr studiyasının bədii rəhbəri görkəmli teatr və kino aktrisası, Xalq artisti Şəfiqə Məmmədovanın salamlarını toplaşanlara yetirdi. Layihənin baş prodüseri, teatrın beynəlxalq layihələr üzrə koordinatoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rəcəb Məmmədov, tanınmış aktyor, Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar incəsənət xadimi, rejissor Əsgər Əsgərov da "İnklüziv teatr" haqqında öz fikirlərini görüş iştirakçıları ilə bölüşdülər.

© Photo : Azerbaijan State Academic Musical Theatre
“İnklüziv teatr” layihəsinin iştirakçıları ilə ilk görüş

"İnklüziv teatr" layihəsində iştirak etmək üçün seçilən gənclər arasında "Səssiz dünya" işarət dilində danışan əlillərə və idmançılara dəstək ictimai birliyinin təsisçisi, videobloger, vayner, müxtəlif maarifləndirici sosial çarxların müəllifi kimi yaxşı tanınan Mahmud Səfərov və həmin ictimai birliyin sədri Aida Səfərova layihə iştirakçıları adından bu maraqlı işə görə öz təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, bu layihədə həmin birliyin üzvləri üstünlük təşkil edirlər.

Bakı Uşaq və Gənclər Teatrının aktyoru, tanınmış illüziyaçı Tofiq İsgəndərli də görüşdə çıxış edərək yaradıcı kollektivə uğurlar arzuladı, bu humanist və gözəl layihədə yaxından iştirak edəcəyini və öz dəstəyini əsirgəməyəcəyini bir daha xatırlatdı.

Qeyd edək ki, teatrın "Yaradıcılıq studiyası"nın tərkibində fəaliyyətə başlayan "İnklüziv teatr" layihəsinin kollektivi ilə görüşlər və təlimlər əsasən onlayn şəkildə, pandemiyanın tələb etdiyi qaydalara əməl edilməklə aparılacaq.

0