Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Həyat yoldaşını öldürdü, 40 il aldı

© REUTERS / Frederick M. BrownAktyor Maykl Ceys
Aktyor Maykl Ceys - Sputnik Azərbaycan
Abunə olmaq
53 yaşlı aktyor həyat yoldaşı Eyprili qətlə yetirdiyini etiraf edib, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

BAKI, 11 iyun — Sputnik. ABŞ-da tanınmış aktyor, “Qalxan” serialının qəhrəmanlarından biri Maykl Ceys həyat yoldaşını qətlə yetirdiyinə görə 40 il müddətinə azadlıqdan mərhum edilib.

Bu barədə “Fox News” telekanalı məlumat verib.

Məlumata görə, Los-Anceles məhkəməsi M.Ceys barəsində hökmü iyunun 10-da çıxarıb.

53 yaşlı aktyor həyat yoldaşı Eyprili qətlə yetirdiyini etiraf edib, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib.

Maykl Ceys karyerasında 50-dən çox film və serialda çəkilib. Onun ən tanınmış rolları “Qalxan”, “Sautlend” və “Mentalist” seriallarında olub. O, həmçinin “Forrest Qamp”, "Meymunlar planeti" və s. filmlərdə rol alıb.

Xəbər lenti
0