Torpaq sürüşməsi

Bakı-Şamaxı yolunda təhlükəli sürüşmə

17
Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi: "Son günlər yağan yağışların nəticəsində növbəti dəfə sürüşmə baş verib"

BAKI, 9 iyun — Sputnik. Bakı-Şamaxı yolunun 106-cı kilometrliyində sürüşmə prosesi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, sürüşmə prosesi hazırda davam edir.

O qeyd edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə baş verən ərazi qədim sürüşmə sahəsidir: "Zaman-zaman həmin sahədə sürüşmə prosesi baş verir. Həmin ərazi sürüşməyə meylli ərazidir".

"Son günlər yağan yağışların nəticəsində növbəti dəfə sürüşmə baş verib. Gələcəkdə də yağışlar yağdıqca və yaxud ərazidə texnika işlədikcə sürüşmə baş verəcək", — Ə. Qaralov vurğulayıb.

O, əlavə edib ki, Bakı-Şamaxı yolunun 106-cı kilometrliyindəki sürüşmə sahəsi təhlükəli sürüşmə sahələrinin topoqrafik əsaslar üzərində hazırlanmış xəritələr toplusuna daxil edilib.

17
Teqlər:
torpaq sürüşməsi, Əziz Qaralov, Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, sürüşmə, Bakı-Şamaxı yolu
Əlaqədar
Bakı-Şamaxı-Yevlax magistralında sürüşmə yenidən aktivləşib
Azərbaycanda yeni sürüşmə sahələri açıqlandı
Qar əridikcə sürüşmə sahələri aktivləşəcək
Azərbaycanda bəzi sürüşmə sahələri aktivləşib
Torpaq sürüşməsi 30 evi torpaq altına gömdü