Polis İdarəsi. Arxiv şəkli

Qadını öldürüb qaçan şəxs ələ keçdi

4
Faktla bağlı rayon yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda və yol nəqliyyat hadisəsi yerindən qaçma maddələri ilə cinayət işi başlanıb

BAKI, 8 iyun — Sputnik. Paytaxtın hüquq mühafizə orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Nizami rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin üstü "isti izlər"lə açılıb. Bu barədə Sputnik Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına istinadən xəbər verir.

Bildirilir ki, iyunun 7-si saat 01 radələrində Nizami rayonu, Babək prospekti, 75 saylı evin qarşısında, şəxsiyyəti məlum olmayan sürücü idarə etdiyi avtomobillə yolu keçən naməlum qadını vuraraq hadisə yerindən qaçıb. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb. Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin 1978-ci il təvəllüdlü, Bakı şəhər sakini Yakuşev Vadim Mixayloviç tərəfindən, idarə etdiyi "BMV 520" markalı 90-UU-748 dövlət nömrə nişanlı avtomobillə törədilməsi müəyyən edilib.

Cinayətin V.Yakuşev tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilməklə zəruzi istintaq tədbirləri davam etdirilir.

4
Teqlər:
Yakuşev Vadim Mixayloviç, Bakı şəhər Prokurorluğu, Bakı şəhər Baş Polis İdarəsi, hadisə, qəza, istintaq-əməliyyat tədbirləri, hüquq-mühafizə orqanları
Əlaqədar
Məşhur meyxanaçılar qəzaya düşüb: Pərvizin ayağı, Rəşadın qolu sınıb
Xızıda yaşanan qəzada xəsarət alanlardan yeni xəbər var
Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Dəhşətli qəzada xəsarət alanların siyahısı açıqlandı
Sabirabadda yol qəzası baş verib, 2 nəfər xəsarət alıb
Qaraçılar dəhşətli qəza törətdilər