Pərviz Bülbülə və Rəşad Dağlı

Məşhur meyxanaçılar qəzaya düşüb: Pərvizin ayağı, Rəşadın qolu sınıb

240
(Yenilənib 17:59 07.06.2016)
Pərviz Bülbülə: "Avtomobil mənimdir, hadisə vaxtı sükan arxasında qaynım oturmuşdu. Birdən idarəetməni itirdi və avtomobil beton dirəyə çırpılıb aşdı"

BAKI, 7 iyun — Sputnik. Hacıqabul rayonununda baş verən qəzada məşhur meyxanaçılar Pərviz Bülbülə və Rəşad Dağlı xəsarət alıb. P. Bülbülə report-a açıqlamasında, hadisə nəticəsində ayağının sındığını deyib.

"Avtomobil mənimdir, hadisə vaxtı sükan arxasında qaynım oturmuşdu. Birdən idarəetməni itirdi və avtomobil beton dirəyə çırpılıb aşdı. Maşında üç nəfər idik. Rəşad Dağlının sağ qolu sınıb, mənim isə ayağım sınıb. Qaynım yüngül xəsarət alıb", — meyxanaçı bildirib.

Qeyd edək ki, Bakı-Qazax magistral avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhəri, Bülbülə qəsəbə sakini, 31 yaşlı Nicat Hüseynovun idarə etdiyi "Toyota Sequoia" markalı 10 KC 011 dövlət qeydiyyat nömrə nişanlı avtomobil beton dirəyə çırpılaraq aşıb.

Nəticədə sürücü və avtomobildə olan məşhur meyxanaçılar — Pərviz Bülbülə və Rəşad Dağlı xəsarət alıb. Yaralılar Şirvan Şəhər Xəstəxanasına yerləşdiriliblər.

240
Teqlər:
Rəşad Dağlı, Pərviz Bülbülə, Hacıqabul rayonu, meyxanaçı, meyxana, qəza
Əlaqədar
Məşhur meyxanaçı qardaşlardan Sputnik-ə unikal təbrik
Meyxanaçı Vahid Qədimi polis axtarır
Xızıda yaşanan qəzada xəsarət alanlardan yeni xəbər var
Avtobus qəzası ilə bağlı cinayət işi açıldı
Dəhşətli qəzada xəsarət alanların siyahısı açıqlandı
Səhiyyə naziri Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət edib
Bakı

Yeni həftənin ilk gününə olan hava proqnozu açıqlandı

16
Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

BAKI, 25 oktyabr - Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, oktyabrın 26-da mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz 20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq.

16
Samsung şirkəti

Dünya nəhənginin rəhbəri vəfat etdi

43
2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

BAKI, 25 oktyabr — Sputnik. Samsung konserninin sədri Li Qon Hi vəfat edib, Sputnik Azərbaycan bildiri ki, bu barədə Rönhap agentliyi xəbər verir.

Biznesmen bazar günü Seuldakı Samsung xəstəxanasında keçinib.

Li Qon Hi 1942-ci ildə anadan olub və 1987-ci ildə Samsung-un ikinci sədri olub. O, bu vəzifədə qrupun yaradıcısı olan öz atası Li Byon Çxolu əvəz edib.

2014-cü ildə Li Qon Hi insult keçirib, bundan sonra korporasiyada idarəetmə faktiki olaraq onun oğlu, Samsung Electronics törəmə şirkətinin vitse-prezidenti Li Çjo Yona keçib.

Cənubi Koreya prokurorluğu Li Çjo Yonun hakimiyyəti ələ keçirmək üçün qeyri-qanuni maxinasiyalara əl atmasından şübhəlidir.

Li Çjo Yondan başqa Li Qon Hinin iki qızı qalıb - Li Bu Çjin və Li So Hyon. Daha bir qızı Li Yun Hyon 2005-ci ildə intihar edib.

43
Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndləri

Cəbrayıl Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsü yayıldı

0
Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb.

BAKI, 25 oktyabr — Sputnik. Müdafiə Nazirliyi Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunan kəndlərinin videogörüntüsünü yayıb. Sputnik Azərbaycan həmin görüntünü təqdim edir.

 

0