Tikanlı məftillər. Arxiv şəkli

Məhkum dünyasını dəyişib

32
(Yenilənib 18:40 06.06.2016)
Cəzaçəkmə müəssisəsində Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib

BAKI, 6 iyun — Sputnik. Şəkidə yerləşən Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisəsində məhkum dünyasını dəyişib. Sputnik-in bölgə müxbiri xəbər verir ki, müəssisədə cəza çəkən, Balakən rayon sakini, 1965-ci il təvəllüdlü Bahəddin Mahamarəsul oğlu İsmayılov vəfat edib.

Hazırda ölümün səbəbləri araşdırılır. Qeyd edək ki, B.İsmayılov 2012-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək tutulub.

32
Teqlər:
Bahəddin Mahamarəsul oğlu İsmayılov, Cəzaçəkmə Müəssisəsi, məhbus, ölüm, vəfat, məhkum, Şəki, Penitensiar xidmət
Əlaqədar
3 mindən artıq məhkum azadlığa buraxıla bilər
Ömürlük məhkum intihar edib
Əfqanıstanda 352 məhkum həbsxanadan qaçdı
Azərbaycanlı avtoritet məhkum edildi
Misirin keçmiş prezidenti Məhəmməd Mursi ölüm cəzasına məhkum edilib
Qandal, arxiv şəkli

Bərdədə kriminal qarşıdurma: vəzifəli şəxslər rayona ezam olundular

456
(Yenilənib 18:56 12.08.2020)
Bir nəfərin öldüyü, üç nəfərin yaralandığı davaya görə təxminən 27 nəfər saxlanılaraq istintaqa cəlb olunub

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 12 avqust — Sputnik. Bərdədə kütləvi dava olub. Hadisə ötən gecə saat iki radələrində rayonun Şorəlli kəndində qeydə alınıb. Kənd sakinləri avtomat atəşlərinin səsini eşidiblər. Sputnik Azərbaycan-ın əldə etdiyi məlumata görə, hadisə kriminal qruplaşmaların qarşıdurması zəminində yaranmış mübahisə nəticəsində baş verib. Qarşıdurmada iştirak edənlər arasında Şəmkir və Yevlax rayonlarının sakinlərinin də olduğu bildirilir. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasından əldə etdiyimiz məlumata görə, 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğlu yaralanıblar. Onların vəziyyətləri ağır qiymətləndirilir.

Dava zamanı Göyüşlü kənd sakini, 1990-cı il təvəllüdlü Camalov Mənsur Kamil oğlu vəfat edib.

Hadisə ilə bağlı Bərdə rayon Prokurorluğunda cinayət işi açılıb. Son məlumata görə, hadisənin 27-yə qədər iştirakçısı saxlanılaraq istintaqa cəlb olunub.

Baş Prokurorluğun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təcrübəli prokurorluq və polis əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin vəzifəli şəxsləri rayona ezam olunublar. Törədilmiş cinayət hadisəsinin xarakter və mürəkkəbliyi nəzərə alınmaqla Baş prokuror tərəfindən cinayət işi üzrə istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb və hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri və intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

456
Əlaqədar
Abşerondakı kütləvi davada ölü və yaralı sayı artıb
Kirayəşin digər kirayəşini bıçaqlayıb öldürdü
Şabran polisi əməliyyat keçirdi: üç rayon sakini saxlanıldı
Bakıda polisi bıçaqladılar
Aktyor Mixail Yefremov, arxiv şəkli

Məşhur aktyorun səhhəti məhkəmə zalında pisləşdi

12
(Yenilənib 18:30 12.08.2020)
Avqustun 11-də məhkəmədə ölümcül qəzada ittiham olunan aktyor dindirilməli idi. Bundan əlavə, dörd zərərçəkən sənətkara qarşı mülki iddia qaldırmalı idi.

BAKI, 12 avqust — Sputnik. Rusiyalı aktyor Mixail Yefremov Moskvanın Presnya rayon məhkəməsinin binasından xəstəxanaya aparılıb. Aktyorun vəkili Elman Paşayev Yefremovun huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirildiyini bildirib.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən bildirir ki, vəkilinin dediyinə görə, o, insult keçirib. Həkimlər faktı təsdiqləyiblər.

Avqustun 10-da Elman Paşayev müvəkkilinin səhhətinin pisləşdiyi barədə xəbər vermişdi.

Avqustun 11-də məhkəmədə ölümcül qəzada ittiham olunan aktyor dindirilməli idi. Bundan əlavə, dörd zərərçəkən sənətkara qarşı mülki iddia qaldırmalı idi.

Mixail Yefremov xəstəxanaya yerləşdirildiyi üçün onun işi üzrə məhkəmənin vaxtı yenə dəyişib.

Xatırladaq ki, Mixail Yefremov iyun ayında yol hərəkəti qaydalarını pozaraq, sərxoş vəziyyətdə avtomobilin idarə olunması və qəsdən adam öldürülməsi ittihamı ilə saxlanılıb və ev dustağı edilib. Aktyoru 5 ildən 12 ilə qədər həbs cəzası gözlədiyi bildirilirdi. Sonradan onun qanında alkoqol və narkotik izləri tapıldığından cəzanın 12 il olacağının qaçılmazlığı vurğulanır.

Qeyd edək ki, Rusiya kino və teatr tarixinə adını qızıl hərflərlə yazmış aktyor və rejissor "Kişi ziqzaqı", "Kraliça Marqo", "Hipnoz", "Fransız", "Bayram", "Coker", "Birinci ev", "Cərrah Mişkinin günləri" və s. filmlərində rol alıb.

12
İsmayıllıda aşkarlanan nadir tapıntılar

Prezidentin sərəncamı sərvətlərimizi üzə çıxardı

0
(Yenilənib 12:18 13.08.2020)
İcra başçısı: "Bu ərazi qədim görməli yerlərlə doludur. İstisna deyil ki, yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlər saxlanılır

BAKI, 13 avqust — Sputnik. İsmayıllıda yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlərin saxlandığı istisna deyil. Bu sözləri İsmayıllı rayonunun icra hakimiyyətinin başçısı rəhbəri Nahid Bağırov Sputnik Azərbaycan-a Basqal kəndi yaxınlığındakı qiymətli arxeoloji tapıntıdan danışarkən deyib. O qeyd edib ki, yerin alt qatında olan qədim sübutlar təsadüfən səthə çıxıb. O, bu kəşfin birbaşa prezidentin sərəncamının nəticəsi olduğunu bildirib.

Belə ki, prezident İlham Əliyevin sərəncamı əsasında İsmayıllı rayonunda Basqal–Qıçatan–Tağlabiyan-Kəlfərəc-Zeyvə–Kürdüvan–Xankəndi–Mücü–Sərsurə–Kələzeyvə–Sulut avtomobil yolunun tikintisinə başlanıb. Ağır texnika işə salınıb. Lakin yolun çəkilişi zamanı inşaatçılar divar aşkar ediblər. Divarın yanında "La ilahə İllalah" yazısı olan daş da aşkarlanıb. Nadir tapıntıların aşkar olunduğu ərazidə tikinti işləri dayandırılıb, ərazi nəzarətə götürülüb.

© Photo : Executive Power of Ismayilli region
İsmayıllı rayon icra hakimiyyətinin başçısı Nahid Bağırov

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşları ərazidə olublar, aşkar olunmuş maddi-mədəniyyət nümunələrinə baxış keçiriblər.

Yolun Kürdüvan kəndindən keçən hissəsində görülən işlər zamanı XI-XIII əsrlərə aid həndəsi, nəbati və zoomorf təsvirli şirli və şirsiz saxsı məmulatlar, şüşə qolbaq, sferokonus aşkar olunub. Ərazidən Elxanilər dövrünə aid müxtəlif pul vahidləri də tapılıb. Eyni zamanda həmin ərazinin yaxınlığında Antik dövrə aid xeyli sayda saxsı qablar və bəzək əşyaları aşkar olunub. Aşkar olunan maddi-mədəniyyət nümunələrindən birinin üzərində ərəbcə yazılar var.

© Photo : Executive Power of Ismayilli region
İsmayıllıda aşkarlanan nadir tapıntılar

Dövlət Xidmətinin rəis müavini Könül Cəfərova qeyd edib ki, ərazidə ilkin arxeoloji tədqiqat işlərinin aparılması nəzərdə tutulub. Arxeoloqların verəcəyi rəy əsasında daha geniş tədqiqat işlərinin aparılmasına qərar veriləcək.

Məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müvafiq rəsmi müraciətlər olunub. Artıq sözügedən ərazi məhdudlaşdırıcı giriş lenti ilə bağlanıb, mülki şəxslər və polis əməkdaşları tərəfindən mühafizəsi təmin olunub.

İcra başçısı Nahid Bağırov özü əmindir ki, bu cür tarixi artefaktlar yalnız rayonun xeyrinədir. Buradakı tarixi abidələrdən turizmin inkişafı üçün fəal şəkildə istifadə edilə bilər.

© Photo : Executive Power of Ismayilli region
İsmayıllıda aşkarlanan nadir tapıntılar

"Bu ərazi qədim görməli yerlərlə doludur. İstisna deyil ki, yerin altında bu bölgənin turizminin inkişafı üçün gələcəkdə istifadə edə biləcəyimiz oxşar qədim əlamətlər saxlanılır", - deyə İsmayıllı rayonunun icra başçısı bildirib.

Onu da qeyd edək ki, tarixçi-alim Sara Aşurbəyli "Şirvanşahlar dövləti" haqqında əsərində orta əsr mənbələrinə əsasən Kürdüvan əhalisini "Şirvanşahların xəzinə rəncbərləri" olaraq qeyd edib. Ehtimal edilir ki, bu ərazidə olan tikili həmin dövrlərə aid məscidin qalıqlarıdır. Xankəndi inzibati ərazi dairəsinə daxil olan Kürdüvanda orta əsrlərə aid məscid olduğu bildirilir. Yerli sakinlərin sözlərinə görə, həmin məscid məhz bu ərazidə yerləşib.

0