Kaan Türkçüoğlu

Dördüncü mərtəbədən yıxılan uşağı havada tutdu

14836
(Yenilənib 12:25 06.06.2016)
Türkiyədə film kimi hadisə yaşanıb. Binanın 4-cü mərtəbəsinin balkonundan sürüşən 3 yaşlı uşağın həyatını onu havada tutaraq yerə düşməyə qoymayan təsadüfi adam xilas edib.

BAKI, 6 iyun — Sputnik. Binanın dördüncü mərtəbəsinin balkonundan sürüşən 3 yaşlı uşağın həyatını onu havada tutaraq yerə düşməyə qoymayan təsadüfi adam xilas edib. Sputnik Türkiyə mediasına istinadla xəbər verir ki, hadisə Türkiyənin Kastamonu bölgəsinin Azdavay rayonunda baş verib.

Бурый медведь. Архивное фото
© Sputnik / Валерий Шустов

Üç yaşlı Kaan Kurtcuoğlunun anası Sigar Kaya Kurtcuoğlu balkondan sürüşərək evin aşağı mərtəbəsindəki balkona, ondan da aşağıda yerləşən ofisin çardağı üstünə çırpılan oğlunu xilas etmək üçün qışqırıb. Elə bu vaxt maşınla yoldan keçən Ömər Yıldız qışqırığı eşidib.

O, maşını dayandıraraq adamların toplaşdığı binanın qabağına gəlib. Adamlar kilim açaraq aşağı düşməkdə olan uşağı tutmağa çalışıblar. Uşaq kilim olan tərəfə deyil, Ömər Yıldızın dayandığı tərəfə yıxılıb. Yıldız əlini ataraq yerə düşməkdə olan Kaanı havada tuta bilib.

Kaanın tam təsadüf nəticəsində ölümdən qurtarması anasına və ətrafdakı adamlara böyük sevinc bəxş edib. Sürüşərkən üzü sıyrılaraq zədələnmiş və qorxmuş Kaanı xəstəxanaya aparıblar. Burada ona lazımi tibbi yardım göstərərək evə buraxıblar.

Uşağı havada tutaraq xilas edən Ömər Yıldız hadisəni belə nəql edib: "Evimdən çıxıb bazara gedirdim. Yolda bir gurultu eşitdim. O dəqiqə maşını saxlayıb, nə baş verdiyini öyrənmək istədim. Bir də balaca uşağın balkondan aşağı sürüşməkdə olduğunu gördüm. Ətrafda hamı qışqırıb onu dayandırmağa çalışsa da, uşaq özünü aşağı tulladı və əvvəl 3-cü mərtəbədəki balkonun mərmərinə, oradan da aşağı qatdakı ofisin çardağına çırpıldı. Oradan yerə düşənə qədər əlimi atıb onu havada tutdum. Kaan xilas olduğuna görə, çox xoşbəxtəm".

14836
Teqlər:
Kaan, Ömər Yıldız, Sigar Kaya Kurtcuoğlu, Azdavay rayonu, Kastamonu bölgəsi, Türkiyə, uşaq
Əlaqədar
Uşaqlarınızı Bakının bu ərazisindən uzaq tutmağınız məsləhətdir
Küçə uşaqlarının həyatındakı dəhşətli reallıqlar
Deputat uşaqları internetdən uzaq tutmağı təklif edir
İki uşaq atası masaj salonları ilə bağlı prezidentə müraciət etdi
"Azərbaycanda uşaqların bərpa müalicəsində ən müasir üsullar tətbiq edilir"
Qarlı hava, arxiv şəkli

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

21
(Yenilənib 09:56 20.01.2021)
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

21
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

11
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

11
Aleksey Navalnıy, arxiv şəkli

Navalnı Putinin sarayını axtarır

0
(Yenilənib 18:18 20.01.2021)
"Bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, o kadrları da bütün dünya görüb"

BAKI, 20 yanvar - Sputnik. Bloger və müxalifətçi Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Gəlincikdə sarayını araşdırması barədə xəbərləri Kremldə “cəfəngiyyat” və “kompilyasiya” kimi dəyərləndiriblər.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, yaxınlarda Navalnının komandası prezidentin Qara dəniz sahilində 100 milyard dollara saray tikdirdiyi barədə material yayıb.

“Bilirsiniz ki, bu mövzu üç-dörd il əvvəl ortaya atılmışdı. İndi də bu konkret halda həmin insinuasiyadan istifadə etməklə boş-boş danışırlar. Özü də heç özlərinə azacıq əziyyət verib nəyisə sübut etməyə, heç olmasa, şəklini göstərməyə də cəhd göstərmirlər”, - Putinin sözçüsü Dmitri Peskov deyib.

Onun fikrincə, bu işdə “yeganə yenilik” “monatj hekayələri”ndən istifadə olunmasıdır.

“Hansısa bir sarayın hovuzuna Putinin Yeniseydə üzdüyü kadrları montaj ediblər, hansı ki, o kadrları da bütün dünya görüb”, - Kremlin nümayəndəsi bildirib.

Peskov vurğulayıb ki, prezidentin administrasiyasının “bununla maraqlanmaq üçün azacıq da olsa həvəsi yoxdur”.  

“Dövlət başçısına qarşı hazırlanmış və hazırlanmaqda olan informasiya hücumlarından çoxdan xəbərimiz var. Təəssüf ki, onlar olub və olacaq. İndi prezidentə onun olmayan bir şeyi şamil etmək istəyirlər. Prezidentin bütün mülkiyyəti hər il özü tərəfindən bəyan edilir, deklarasyada göstərilir”, - Peskov deyib.

0
Teqlər:
Dmitri Peskov, Kreml, Qara dəniz, saray, Vladimir Putin, Aleksey Navalni