Polis İdarəsi.Arxiv şəkli

Oğul atasını ölümcül döydü

51
(Yenilənib 16:55 02.06.2016)
Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

BAKI, 2 iyun — Sputnik. Şəmkir rayonunun Tatar kəndində döyülmə faktı qeydə alınıb. "Qafqazinfo" xəbər verir ki, kənd sakini 79 yaşlı Oruc Mustafayev oğlu Sakit Mustafayev tərəfindən döyülüb.

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm bölməsindən verilən məlumata görə, hadisəyə atanın ağır dərəcəli sərxoş olması və ailə üzvləri ilə münaqişə etməsi səbəb olub. Uzun sürən mübahisədən sonra əsəblərinə hakim ola bilməyən oğul ataya əl qaldırıb.

Bədəninin müxtəlif nahiyələrindən xəsarət alan yaralı Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.

51
Teqlər:
oğul, Tatar, Şəmkir, döyülmə, ata
Əlaqədar
Ata-oğulun bıçaqlayan kəndlilər barəsində cinayət işi açıldı
Bakıda yanan bina ilə bağlı cinayət işi yekunlaşdı
Keçmiş aparat rəhbəri barəsində cinayət işi açılıb
İnsanları nələr cinayətkar edir?
Qarlı hava, arxiv şəkli

Bölgələrdə qar, Bakıda sulu qar yağıb - FAKTİKİ HAVA

21
(Yenilənib 09:56 20.01.2021)
Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.

Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.

21
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

11
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

11
20 Yanvar faciəsinin ildönümü, arxiv şəkli

Müşkül məsələ: emosiyalar sənədli filmlərin "vicdanına" qalıb

4
(Yenilənib 17:01 20.01.2021)
Yaradıcı insanlar deyirlər ki, faciə ilə bağlı kifayət qədər əsərlər yazılsa da, bu mövzu həmişə aktual olaraq qalacaqdır

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 20 yanvar — Sputnik. Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən artıq 31 il keçir. 20 Yanvar mövzusu Azərbaycan ədəbiyyatında və incəsənətində necə əks olunub? Biz də elə bu sualla bir sıra ədəbiyyat və incəsənət adamlarına müraciət etdik.

Prezident İlham Əliyev, arxiv şəkli
© Official website of President of Azerbaijan Republic

Bəstəkar, professor Firəngiz Əlizadə mövzu ilə bağlı fikirlərini Sputnik Azərbaycan-la bölüşüb: “Azərbaycan bəstəkarları “Yanvar hadisələri” ilə bağlı irihəcmli əsərlərdən tutmuş mahnıya qədər onlarla əsərlər yaradıblar. Həmin əsərlər dəfələrlə Filarmoniyada, dövlət əhəmiyyətli tədbirlərdə ifa olunub. Bunlardan ən məşhuru Cövdət Hacıyevin "Şəhidlər" simfoniyasıdır. Rauf Abdullayevin dirijorluğu ilə səsləndirilən əsər o qədər möhtəşəmdir ki, insanlar sanki bir anlıq həmin gecəyə qayıdırlar”.

Firəngiz xanım deyir ki, Azər Rzayevin “Bakı 90” əsəri də həmin silsilədəndir. Həmin əsəri də sakit dinləmək qeyri-mümkündür.

“Əsəri dinləyəndə o gecə insanın gözünün önündən lent kimi keçir. Orada düşmənlərimizin şəhərə necə daxil olmasını, insanlarımızı amansızca qətlə yetirməsini aydın hiss edə bilərik. Bundan başqa, Azər Dadaşovun, Tofiq Bakıxanovun, Nəriman Məmmədovun, Məmməd Quliyevin adlarını çəkə bilərəm ki, həmin bəstəkarların həmin dəhşətli gecə ilə bağlı simfonik əsərləri var. Təəssüflə qeyd edim ki, bu əsərlər çox az səsləndirilib", - deyə F.Əlizadə bildirib.

Kinorejissor Tahir Tahiroviçin sözlərinə görə, 20 Yanvar faciəsi Azərbaycan sənədli kinosunda mükəmməl formada əks olunub: ““Azadlığa gedən yollar” filmi Tofiq Məmmədov və Xamis Muradovun rejissorluğu ilə çəkilib. Həmkarlarının sayəsində 20 Yanvar hadisələri kino lentinə köçürülüb. Həmin kino lentlərini toplayıb “Azadlığa gedən yollar” filmi hazırlanıb”.

Bakıda Şəhidlər Xiyabanı, arxiv şəkli
© Sputnik / Мурад Оруджев

Amma bədii filmdə vəziyyət bir o qədər də yaxşı deyil. Rejissorun fikrincə, 20 Yanvar haqqında bədii film müşkül məsələdir.

Bəs bədii ədəbiyyatda 20 Yanvar faciəsi necə əks olunub? Gənc yazar Ayxan Ayvaz deyir ki, 20 Yanvar faciəsi Azərbaycan poeziyasında kifayət qədər işıqlanıb:

“Məsələn, Bəxtiyar Vahabzadənin “Şəhidlər” poeması, Məmməd Aslanın "Ağla, qərənfil ağla", Qabilin "Mərsiyə" şeirləri, Sabir Rüstəmxanlının və digər şairlərin həmin faciə ilə bağlı şeirləri, poemaları var. Amma nəsr barədə eyni sözləri deyə bilmərəm".

"Təəssüf ki, nəsr əsərləri çox az saydadır. 20 Yanvar faciəsinin reallığı ilə bağlı yazılan əsərlər, demək olar ki, yoxdur. Amma bu faciə ilə bağlı publisistik əsərlər var, kitablar dərc olunub. Sırf bədii olaraq, Sabir Əhmədlinin "20 Yanvar" hekayələri adlı kitabı dərc olunub. Bundan əlavə, Səfər Alışarlı "Maestro" romanında 90-cı illərdə Azərbaycanın vəziyyətini bədii şəkildə təsvir edib. Ümumi götürdükdə, həqiqəti bütün reallıqları ilə çatdıran əsəri xatırlamıram".

4