Bıçaq

Ata-oğulun bıçaqlayan kəndlilər barəsində cinayət işi açıldı

41
Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib

BAKI, 1 iyun — Sputnik. Mayın 28-i saat 04 radələrində bir neçə şəxs Lerik rayonunun Küsəkəran kənd sakini Rəfail İsiyevin evinə qanunsuz daxil olaraq ona bıçaqla xəsarət yetiriblər. Sputnik xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda bildirilir.

R. İsiyevin ərizəsi əsasında Lerik Rayon Polis Şöbəsində aparılmış araşdırmalarla müəyyən edilib ki, qeyd edilən tarixdə Küsəkəran kənd sakinləri Sulduz və Natiq Əliyevlər, Əlirza, Bəylər və Xanlar İsiyevlər Rəfail İsiyevin yaşadığı evə gələrək münaqişə zəminində ona və atası Hüseyn İsiyevə bıçaqla, həmçinin ağac parçası ilə xəsarətlər yetiriblər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.2.1 (bir qrup şəxs tərəfindən iki və ya daha çox şəxsin sağlamlığına qəsdən ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Natiq Əliyev və Əlirza İsiyev təqsirləndirilən şəxs qismində tutularaq istintaqa cəlb edilmiş və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

41
Teqlər:
Rəfail İsiyev, cinayət işi, cinayət, həbs, bıçaqlama, Küsəkəran, Lerik
Əlaqədar
Futbolçu Cavid Hüseynova hökm oxundu
Polis rəisini bıçaqlayanlara hökm oxunub
Səfər Əbiyevin sabiq müavininə hökm oxundu
Rauf Murqədirovun məhkəmə hökmündən şikayət hazırlanır
Azərbaycanda saxta pul satan belçikalılara hökm oxunub