Xəstəxana palatası. Arxiv şəkli

Dəhşətli qəzada xəsarət alanların siyahısı açıqlandı

53
(Yenilənib 13:14 30.05.2016)
Siyəzəndə xəstəxanaya yerləşdirilmiş tələbə və müəllimlər Bakıya gətiriləcək. Xəstəxanaya yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır.

BAKI, 30 may — Sputnik. Avtobus qəzası nəticəsində yaralanan və Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərin hamısı Bakıya gətiriləcək. "Report"un şimal bürosunun müxbirinin verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır.

Xatırladaq ki, qəzadan sonra mayın 29-da xəstəxanaya 15 nəfər yerləşdirilib. Xəstəxanaya yerləşdirilən yaralıların siyahısı:

1950-ci il təvəllüdlü Abdullayev Qafar

1951-ci il təvəllüdlü Mikayılov Çaylar

1954-cü il təvəllüdlü Abdullayev Nizami

1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu

1963-ci il təvəllüdlü Feyzullayev İsmayıl

1964-cü il təvəllüdlü Mollayeva İndirra

1966-cı il təvəllüdlü Qurbanov Əsəd

1973-cü il təvəllüdlü Rəhimova Ziba

1975-ci il təvəllüdlü Fərhadova Leyla

1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı

2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird)

1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə

1979-cu il təvəllüdlü Əliyeva İradə

1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə

1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə.

53
Teqlər:
Xızı, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzi, yaralı, Siyəzən, qəza
Əlaqədar
Səhiyyə naziri Xızıda avtobus qəzasında xəsarət alanları ziyarət edib
Xızıda avtobusun aşması nəticəsində xəsarət alanlardan biri komadadır
Yaponiyada sərnişin avtobusu su anbarına düşüb, ölənlər var
Bıçaq əlində qadın, arxiv şəkil

Qadın ərini ürəyindən bıçaqlayıb

3
(Yenilənib 14:17 22.04.2021)
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 22 aprel — Sputnik. Aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həyat yoldaşı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

3
Əli qandallanmış kişi polis bölməsində, arxiv şəkli

“Yeni klinika”nın direktoru həbs olunub - FOTO

56
(Yenilənib 10:29 22.04.2021)
Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

BAKI, 22 aprel — Sputnik. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Yeni klinika Publik Hüquqi Şəxsin direktoru Abbasov Pərviz Akif oğlunun qurumun digər vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub koronavirus xəstələrinin özünün rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi müqabilində onların yaxınlarından müxtəlif məbləğlərdə pul vəsaitinin rüşvət qismində yığılaraq sonradan öz aralarında bölünməsinə dair əvvəlcədən ümumi razılaşma əldə etməsinə dair məlumat daxil olub. Həmin razılaşmaya uyğun olaraq o, öz tanışları olan Hüseynov Əvəz Ənvər oğlu, Mirzəyev Samir Qənaət oğlu Əliyeva Vüsalə Firidun qızı vasitəsi ilə ayrı-ayrı koronavirus xəstələrinin "Yeni klinika" tibb müəssisəsində stasionar müalicə alması üçün yerləşdirilməsi müqabilində onların yaxınlarından hər xəstənin yerləşdirilməsi üçün 3000-3500 manat məbləğində pul vəsaitini alaraq aralarında bölüb şəxsi ehtiyaclarına sərf etməsinə, pul vəsaitlərini aldıqdan sonra verdiyi göstərişlə xəstələrin sözügedən tibb müəssisəsinə qəbul edilməsini təmin etməsinə əsaslı şübhələr müəyyən olunub.

© Photo : Wikimed.az
Pərviz Abbasov

Baş Prokurorluqdan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət işi üzrə toplanmış sübutlarla Pərviz Abbasova Cinayət Məcəlləsinin 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.2-ci (təkrar rüşvət alma) maddələri ilə ittiham elan olunmuş, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Habelə, qeyd edilən qanunsuz əməllərin törədilməsində Pərviz Abbasova köməkçilik etmələrinə əsaslı şübhələr müəyyən olunmuş Əvəz Hüseynov və Vüsalə Əliyeva həmin məcəllənin 32.5,311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət almada köməkçilik) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, barələrində həbslə bağlı olmayan başqa qətimkan tədbiri seçilmiş, Samir Mirzəyev isə eyni qanunsuz əməllərin törədilməsinə görə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə qeyd olunan eyni xarakterli digər qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu bu qəbildən olan pozuntularla üzləşən vətəndaşlara Baş Prokurorluğun 961 nömrəli "Çağrı Mərkəzi"nə və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələrini tövsiyə edir.

56
Rusiyada meşələr, arxiv şəkli

"İqlim üzrə Rusiya ilə əməkdaşlıq etmək lazımdır" nümayəndəsi

0
(Yenilənib 14:39 22.04.2021)
Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcəkdir.

BAKI, 22 aprel — Sputnik. Əgər Moskva və Brüssel indi iqlim üzrə işləməyə başlamasa, onda bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Rusyadakı səfiri Markus Ederer bildirib.

"Rusiyanın Aİ-dəki səfiri kimi mən əməkdaşlığın xeyrinə işləməyə hazıram. İqlim əməkdaşlığı ilə bağlı da. Əgər biz indi birgə işləməyə başlamasaq, nəticədə bu mövzu da qıcıqlanma və qarşıdurma məsələsinə çevriləcək. Ona görə də gəlin birgə işləyək", - deyə Ederer "Rusiya və Avropa sabahkı dünyada" adlı videokonfransda çıxışı zamanı bildirib.

0