Şəki Regional Perinatal Mərkəzi

Həkim səhlənkarlığının daha bir qurbanı

813
(Yenilənib 12:42 27.05.2016)
Körpənin ölü doğulması və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.

BAKI, 27 may — Sputnik. Həkimlərin səhlənkarlığı üzündən Şəki Regional Perinatal Mərkəzində daha bir körpə həyatını itirib.

Həftə ərzində isə bu yaşanan ikinci belə haldır. Yenicə ana olan Qəbələ sakini Həşimova Günayın sevinci göz yaşları ilə əvəz olub. O, körpəsinin dünyaya gəlməsinə sevinə bilməyib. Valideynləri uşağın ölümündə həkimləri günahlandırırlar.

Körpənin ölü doğulması və ananın ağır durumu ailə üzvlərini həkimlərdən şikayətçi salıb.

Şəki Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, xəstə mərkəzə gətirildikdə vəziyyəti ağır olub və yalnız ananı xilas etmək mümkün olub. 

Qeyd edək ki, bir həftə öncə Şəhər regional perinatal mərkəzində daha bir körpə də həyatını itirib. Şəki sakini Allahverdiyeva Azadə Ramiz qızının ilk övladı vəfat edib.

813