Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lənkəran sakini həmkəndlisi tərəfindən bıçaqlanıb

Abunə olmaq
Hadisə mayın 26-da axşam saatlarında rayonun Velədi kəndi ərazisində qeydə alınıb.

BAKI, 26 may — Sputnik. Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə mayın 26-da axşam saatlarında rayonun Velədi kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 56 yaşlı Şəmsəddin Əli oğlu Məmmədov həmkəndlisi “Maçan” ləqəbli şəxs tərəfindən bıçaqlanıb.

Qarın və boyun nahiyələrində kəsilmiş-deşilmiş yara diaqnozu ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Ş.Məmmədova müvafiq tibbi yardım göstərilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırmalara başlanıb. Hadisəni törətmiş şəxsin yaxalanması istiqamətində zəruri tədbirlər görülür. 

Xəbər lenti
0