BAKI, 25 may — Sputnik. Mayın 25-i, yerli vaxtla saat 02:56:26-də Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ hiss edilməyib.
Bu barədə Sputnik-ə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildiriblər. Zəlzələnin maqnitudası 3.1, dərinliyi 60 km olub.