Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə yanğın baş verib

Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb

71
(Yenilənib 12:15 23.05.2016)
Yanğının səbəbləri hələlik bəlli deyil, faktla bağlı araşdırma aparılır. Hadisə zamanı şagirdlər arasında xəsarət alan yoxdur.

BAKI, 23 may — Sputnik. Bu gün səhər saatlarında Bakının Xətai rayonunda yerləşən 95 saylı orta məktəbdə baş verən yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Sputnik-ə verilən məlumata görə, hazırda yanğının baş vermə səbəbləri araşdırılır. Yanğının elektrik sistemində qısa qapanma zamanı yaranmış partlayış nəticəsində baş verdiyi güman edilir.

Hadisə yerinə baş çəkən Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov yanğının səbəblərinin hələ bəlli olmadığını, araşdırma aparıldığını deyib. O bildirib ki, məktəbə dəyən ziyan dəqiqləşdirilir.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevin jurnalistlərə verdiyi məlumata görə, sevindirici hal odur ki, hadisə zamanı şagirdlər arasında xəsarət alan yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında dərsin gedişi zamanı 95 saylı məktəbdə yanğın baş verib. Şagirdlər dərhal təxliyə edilib. Hadisə yerinə FHN-in yanğınsöndürmə briqadaları cəlb edilib.

71
Teqlər:
95 saylı orta məktəb, Xətai rayonu, Bakı, yanğın
Əlaqədar
FHN: Xəzərdə Rusiya gəmisində yanğının söndürülməsi davam edir
Bakıda yaşayış binasında yanğın baş verib
Məcburi köçkünlərin məskunlaşdığı binada yanğın baş verib
Bakının mərkəzində dəhşətli yanğın
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın tamamilə söndürülüb
Gecə vaxtı yol, arxiv şəkli

Xalq artisinin qardaşı intihara cəhd etdi

35
(Yenilənib 21:20 27.11.2020)
Canına qəsd etmək istəyən kişi xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

BAKI, 27 noyabr - Sputnik. Xalq artisti Əlixan Səmədovun qardaşı, 1966-cı il təvəllüdlü Vəlixan Səmədov özünü Sumqayıtda, Sülh küçəsində avtomobilin altına atıb. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, canına qəsd etmək istəyən V.Səmədov xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

35
Teqlər:
xəsarət, avtomobil, intihara cəhd, qardaş, xalq artisti
Narkotik, arxiv şəkli

İranla sərhəddə iki qardaş tutuldu

9
(Yenilənib 17:27 27.11.2020)
Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə "heroin" və 115 ədəd "Metadon-40" həbləri aşkar olunaraq götürülüb.

  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
  • Saxlanılan şəxslərdən götürülən narkotik maddə
    © State Border Service of Azerbaijan Republic
  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı, Astara rayonunun Rüdəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9
Teqlər:
qardaşlar, sərhəd, Astara, İran, narkotacir
Netflix şirkətinin binası, arxiv şəkli

"Oskar" mükafatında yeni rekordçu ola bilər

0
(Yenilənib 23:25 27.11.2020)
Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanır

BAKI, 28 noyabr — Sputnik. "Netflix" 2021-ci ildə "Oskar" mükafatının təqdimetmə mərasimində "Ən Yaxşı Film" nominasiyaları üzrə yeni rekordçu ola bilər.

Sputnik Azərbaycan-ın verdiyi məlumata görə, "Netflix"in namizədləri arasında Aaron Sorkinin "The Trial of the Chicago 7" və Devid Finçerin "Mank", Nikol Kidmanın iştirakı ilə "Ma Rainey"s Black Bottom", Meril Stripin oynadığı "The Prom", Spayk Linin "Da 5 Bloods" filmləri və Corc Kluninin genişmiqyaslı "The Midnight Sky" layihəsi yer alıb.

Bundan əlavə, Sofi Lorenin iştirak etdiyi "The Life Ahead" və Priyanka Çopranın rol aldığı "The White Tiger" filmlərinin də şansı olduğu vurğulanıb.

Nəşrin yazdığına görə, əvvəlki rekord MGM ("Metro-Goldwyn-Mayer") kino şirkətinə məxsus olub.

0
Teqlər:
film, rekord, Netflix şirkəti, Oskar mükafatı