Gəncə şəhərində yol qəzası

Qaraçılar dəhşətli qəza törətdilər

71
(Yenilənib 14:35 20.05.2016)
Gəncədə sərxoş vəziyyətdə avtomobil idarə etmək acınacaqlı nəticəyə səbəb olub

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 may — Sputnik. Gəncə şəhərində sərxoş vəziyyətdə idarəetmə qəzayla nəticələnib. Sputnik xəbər verir ki, hadisə bir nəfərin ölümü 6 nəfərin isə ağır xəsarət alması ilə nəticələnib.

Hadisə Gəncə şəhəri Üzeyir Hacıbəyov küçəsində, "Nizami Sovxozu" adlanan ərazidə qeydə alınıb. 1981-ci il il təvəllüdlü Surac Abdullayev yüksək sürətlə idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını yolutənzimləyən beton maneəyə çırpıb. 

Nəticədə sürücü və avtomobildə olan 6 nəfər — 1995-ci il təvəllüdlü Anjela Mirasliçenko, 1998-ci il təvəllüdlü Ramin Abdullayev, 1988-ci il təvəllüdlü Ruslan Mirasliçenko, onun qızı 2006-cı il təvəllüdlü Fatimə, 1979-cu il təvəllüdlü Sergey Mirasliçenko və 1993-cü il təvəllüdlü Doçenko Arsen adlı şəxslər müxtəlif bədən xəsarətləri alaraq Gəncədə olan iki xəstəxanaya yerləşdiriblər. Tibbi yardıma baxmayaraq, sürücü Surac Abdullayev xəstəxanada ölüb.

  • Gəncə şəhərində yol qəzası
    Gəncə şəhərində sərxoş vəziyyətdə idarəetmə qəzayla nəticələnib
    © Sputnik / Ilham Mustafa
  • Gəncə şəhərində yol qəzası
    Hadisə bir nəfərin ölümü 6 nəfərin isə ağır xəsarət alması ilə nəticələnib
    © Sputnik / Ilham Mustafa
  • Gəncə şəhərində yol qəzası
    "VAZ-2106" markalı avtomobill idarəetməni itirib və yolu tənzimləyən beton maneəyə çırpılıb
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Gəncə şəhərində sərxoş vəziyyətdə idarəetmə qəzayla nəticələnib

Qeyd edək ki, qəzaya düşənlər qaraçılardır və onlar Gəncənin Natəvan qəsəbəsində məskunlaşıblar. Hadisəyə avtomobilin sərxoş vəziyyətdə idarəetmə və yüksək sürət səbəb olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

71
Teqlər:
qaraçılar, sərxoş, Gəncə, qəza, avtomobil
Əlaqədar
Gəncədə bir saat ərzində iki qəza baş verib
Ağstafada yol qəzası baş verib, yaralananlar var
8-ci kilometrdə dəhşətli qəza baş verib
Ucarda "əsrin qəzası": "Zaporojes" "İnfiniti"ni əzdi
Paytaxtda dəhşətli qəza: 14 nəfər xəsarət alıb