Konq Fu üzrə yığma komanda

Azərbaycanlı erməni idmançılar arasında kütləvi dava - şok kadrlar

2173
(Yenilənib 14:51 17.05.2016)
25 dəqiqədən çox davam edən əlbəyaxa döyüşdə qarşı tərəfdən qabırğası sınan, beynindən travma alanlar var. Azərbaycanlı idmançılar qorxub qaçan erməniləri tutaraq əzişdiriblər.

BAKI, 17 may-Sputnik. Ukraynada keçirilən kunq-fu və uşu üzrə Avropa çempionatında erməni yığma komandası ilə milli komandamızın idmançıları arasında kütləvi dava baş verib. Azərbaycanlı döyüşçü Ellər Orucovun döyüşü zamanı erməni idmançısı hakimin komandasına məhəl qoymayaraq, öncə idmançımıza arxadan zərbə endirib, sonra rinqin küncünə tərəf gedərək sekundantlara erməni dilində yüksək tonla nəsə deyib.

Bu zaman idmançılarımız erməniyə yumruqla cavab veriblər. Beləliklə kütləvi dava baş verib. Erməni mətbuatı hadisənin azərbaycanlı idmançıların günahı ucbatından baş verdiyini yazsa da, kunq-fu Federasiyasının baş məşqçisi Ramil Allahverdiyev Sputnik-ə açıqlamasında hadisənin əslində hansı şəraitdə baş verdiyinə aydınlıq gətirib.

Baş məşqçi öncə 12 yaşlı uşağın döyülməsi ilə bağlı iddiaya toxunub: "Ermənilər yalan danışırlar. 12 yaşlı uşaq ukraynalıdır. Biz erməniləri döyən zaman erməni idmançısı qaçmağa başladı və nəticədə uşağı tapdaladı. İndi isə bu hadisəni bizim üstümüzə atmağa cəhd edirlər".

R. Allahverdiyev ermənilərlə baş verən davanın başlama səbəbini isə belə izah edib: "60 kiloqram çəkidə Orxan Mehdiyevin döyüşü olub. Orxanı bilərəkdən uduzdurublar. Bu zaman baş məşqçi olaraq gedib haqqımızı tələb etdim və bir ölkənin iki bayrağı olmadığını söylədim. Qondarma "Dağlıq Qarabağ Respublikası"nın bayraqlarını yığışdırmalarını tələb etdim".

"4 saat yarışı saxlatdıqdan sonra, nəticədə 12:9 hesabı bərpa olunaraq Orxana qələbə verildi. Bir neçə saatdan sonra Ellər Orucov erməni idmançısı ilə görüşə çıxdı. Bu zaman yenə də qondarma "bayraq" çiyinlərində gəldikləri zaman idmançılarımız etiraz etdilər", — deyə baş məşqçi bildirib.

Öncə hakimin komandasına məhəl qoymayan erməni idmançı Ellər Orucovun kürəyinə zərbə endirib, daha sonra erməni dilində danışaraq küncdə oturan komanda üzvlərimizin üzərinə yürüyüb (bax: aşağıdakı videonun 26-cı saniyəsi — red). Bu zaman kütləvi dava başılayıb.

"Hadisə ilə bağlı yayılan videoda çox şey düşməyib. Əslində isə 25 dəqiqədən çox dava oldu. Hər iki tərəfdən qabırğası sınan, beynindən travma alanlar var. Xəstəxanada müalicə alırlar. Onlar bizimlə dava etməyiblər. Ermənilər qaçırdı, biz də onları qovurduq və tutub döyürdük. 4 erməni bayrağını cırmışıq", — kunq-fu ustası vurğulayıb.

Maraqlısı odur ki, erməni mediası "azərbaycanlı idmançıların ermənilərdən üzr istədiyini" iddia edib. R. Allahverdiyev isə bu iddianın tamamilə yalan olduğunu qeyd edib: "Hava limanında erməni idmançıları yaxınlaşıb dedilər ki, "hər şeyi unudaq, telefonumuz itib, bəlkə kömək edəsiniz". Biz onlardan bizdən uzaq olmalarını tələb etdik, hiss edirdik ki, təxribatdır. Sonra hər komanda Kiyevin hava limanında öz yoluna davam etdi. Biz heç vaxt ermənilərdən üzr istəmərik".

İdmançılarımızın yarışdan uzaqlaşdırılması xəbərini təsdiqləyən baş məşqçinin dediyinə görə, baş verən hadisə ilə əlaqədar, 5 idmançımız finalda olmalarına baxmayaraq, Avropa çempionatını yarımçıq tərk etməli olub: "Ermənilərə dərs verməyimiz və qondarma "bayraq"larını məhv etməyimiz bizim üçün qələbəyə bərabər hissdir".

R. Allahverdiyev sözügedən hadisənin bir hissəsinin əks olunduğu videogörüntünü də Sputnik-ə təqdim edib.

2173
Teqlər:
uşu, kunq-fu, Avropa çempionatı, Ukrayna, idmançı, azərbaycanlı, erməni
Əlaqədar
İdmançımız Avropa çempionluğunun bir addımındadır
90 yaşlı "Dinamo"nun idmançıları qızıl medallara layiq görüldülər
"Qərb idman növlərində fəlsəfə yoxdur"
Kikboksçumuz erməni idmançını məğlub etdi
Brüssel terrorunun şübhəlisi məşhur idmançının qardaşıdır
"Bütün idman növlərində uğur qazanmaq mümkün deyil"
Azərbaycanlı idmançı Londonda kikboks klubu açıb
Qəza, arxiv şəkli

Lerikdə dəhşətli qəza: Avtomobil 300 metrdən dərəyə aşıb, 3 nəfər ölüb

101
(Yenilənib 10:37 02.07.2020)
Bürsülüm kəndinə gedən dağ yolunda "UAZ" markalı avtomobil yoldan çıxaraq 50-60 metr yüksəklikdən dərəyə aşıb.

BAKI, 2 iyul — Sputnik. BAKI, 2 iyul – Sputnik. Lerik rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.

Sputnik Azərbaycan-ın verdiyi xəbərə görə, hadisə Bürsülüm kəndinə gedən dağ yolunda qeydə alınıb.

Belə ki, 1977-ci il təvəllüdlü Habil Əzimovun idarə etdiyi "UAZ" markalı avtomobil yoldan çıxaraq təxminən 300 metr hündürlükdən dərəyə aşıb. Nəticədə sürücü və sərnişinlərdən Elnarə Dadaş qızı İbrahimova və 1996-cı təvəllüdlü Təyyar Tərlan oğlu Əliyev dünyasını dəyişib.

Qəza zamanı avtomobildə olan 1984-cü il təvəllüdlü Mübariz İxtiyar oğlu Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Habil qızı Əzimova müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

101
Tibbi tullantı, arxiv şəkli

Şamaxıda vəlvələ: təcili yardım maşınından atılan zibil sakinləri qorxutdu

879
(Yenilənib 21:14 01.07.2020)
Kəndin sakinləri naməlum şəxslərin təcili yardım avtomobilindən döşək, maska və əlcək atmaqlarını görüblər. Polis indi bu qəribə işin təfərrüatını öyrənməyə çalışır

BAKI, 1 iyul — Sputnik, Zarina Orucəliyeva. Şamaxının Göylər kəndində qəfildən yataq ləvazimatları və tibbi qoruma vasitələrindən ibarət “təpə” yaranıb.

Yerli sakin Nəbi Nəbiyevin Sputnik Azərbaycan-a bildirdiyinə görə, naməlum şəxslərin təcili yardım avtomobilindən qəribə zibil boşaltdığını görən kənd adamları xeyli narahat olublar.

Nəbiyevin dediyinə görə, onların kəndində bir nəfər də olsun koronavirusa yoluxan yoxdur.

Sakinlər güman edirlər ki, istifadə olunmuş döşək, əlcək və maskaları yoluxanların müalicə aldıqları xəstəxanadan, ya da mehmanxanadan utilizasiya məqsədilə gətirib atıblar.

Faktla Ekologiya və Təbii Sərvətlər Nazirliyi də maraqlanıb. Hadisə yerinə gedən ekspertlər, doğrudan da kəndin yanında qeyri-adi zibil qalağı aşkarlayıblar.

Araşdırma nəticəsində müəyyən edilib ki, Şamaxı bölgəsində nə koronavirusa yoluxmuş xəstələrin müalicəsi üçün xüsusiləşmiş xəstəxana, nə də karantin oteli var. Hazırda bu məsələ Şamaxı rayon Polis İdarəsinin nəzarətindədir.

Ekoloqlar isə qeyri-qanuni zibilliyin ləğv edilməsi prosesinə nəzarət ediblər.

 

879
Əlaqədar
Sumqayıtda zibillikdən qumbara tapıldı
Bura təbiətin geri dönüş nöqtəsidir - Hər şeydən xeyir alındığı yer
Sumqayıt bulvarı yaxınlığında romantik olmayan mənzərə - FOTO/VİDEO
Tullantılar poliqonuna cavabdeh şəxs cəzalanıb
Bakıda sərt karantin günlərində zibil probleminə çarə
 Koronavirus testi, arxiv şəkli

Şad xəbər gəldi, koronavirus bir neçə aydan sonra...

0
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

BAKI, 2 iyul — Sputnik. Hazırda dünyada yeni növ koronavirusa qarşı 141 vaksinin üzərində iş aparılır. Sputnik Azərbaycan "The Washington Post"-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Qebreyesus bildirib.

O vurğulayıb ki, peyvəndin hazırlanması ilə məşğul olan bəzi şirkətlər bir neçə ay ərzində uğur əldə edə bilərlər: "Təbii ki, tam qorunmağa dair zəmanət yoxdur, lakin biz ümid edirik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyada virusa yoluxanların sayı 10,6 milyonu keçib, 516 mindən çox adam isə virus səbəbilə ölüb.

0