Prospekt

Çalışın, bu tarixlərdə şəhərdə olmayın

3598
Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may - 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq

BAKI, 13 may — Sputnik. Avropa Qran Prisinin Azərbaycandakı təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il 17-19 iyun tarixlərində keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik-ə verilən məlumata görə, Avropa Qran Prisi ərəfəsində Bakı Şəhər Halqasında Formula 1-ə dəstək yarışlarından olan GP2 yarışları da baş tutacaq.

Belə ki, Hökümət Evinin arxa tərəfində bu yarışda iştirak edəcək GP2 komandaları üçün qarajların quraşdırılması işlərinə start verilib. Bu səbəbdən Üzəyir Hacıbəyov küçəsinin A.Puşkin küçəsi və Azadlıq prospekti ilə kəsişmələri arasındakı hissəsində nəqliyyatın hərəkəti 12 may — 21 iyun tarixləri arasında məhdudlaşdırılacaq.

Belə ki, yolun həmin hissəsində 3 hərəkət zolağı avtomobillərin hərəkəti üçün bağlı olacaq və Hökumət Evi ətrafında avtomobillərin parklanmasına icazə verilməyəcək. Bu ərazidə yerləşən piyada keçidləri isə normal fəaliyyətinə davam edəcək.

Qeyd edək ki, şəhər sakinləri Azadlıq meydanının altında yerləşən avtomobil dayanacağından yarış həftəsinə qədər istifadə edə biləcəklər.

3598
Teqlər:
prospekt, küçə, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Avropa Qran Prisi
Əlaqədar
Paytaxtın daha bir mərkəzi küçəsi bağlanacaq
Paytaxtın bu küçəsi də sürücülərin ixtiyarına verildi
Paytaxtın bu küçələri tamamilə bağlanacaq
Formula 1-ə hazırlıqla bağlı Bakı küçələrində hərəkət məhdudlaşdırılıb
Paytaxtın bəzi küçələrində içməli suyun verilməsində məhdudiyyət var