Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə bir saat ərzində iki qəza baş verib

© Photo : TRENDGəncədə qəza
Gəncədə qəza - Sputnik Azərbaycan
Abunə olmaq
Gəncədə bir saat ərzində iki yol nəqliyyat hadisəsi baş verib. Hadisə ümumilikdə iki nəfər ölümü,dörd nəfərin isə xəsarət alması ilə nəticələnib.

İlham Mustafa, Sputnik Azərbaycan

Gəncə şəhər Vəli Xuluflu küçəsində ağır yol qəzası baş verib. Hadisə zamanı “Vaz 2106”markalı avtomobil və “Mersedes” markalı avtomobil toqquşub. "Jiquli"də olan iki nəfər — sürücü Eldar Mahmudov və sərnişin Fikrət Kərimov hadisə yerində keçiniblər. Digər sərnişin — 1963-cü il təvəllüdlü İradə Həsənova isə ağır bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağırdır.

Digər qəza isə şəhərin Nizami prospektində baş verib. Eyniistiqamətli yolda “Mersedes Vita” markalı avtomobil arxadan “Hyundai Elantra” markalı avtomobilə çırpılıb. Sonra isə idarəetnməni itirərək yol kənarında olan işıq dirəyinə və ağaca dəyib. Zərbə zamanı ağac qırılaraq avtomobilin üzərinə aşıb. Xoşbəxlikdən ölüm faktı qeydə alınmasa da beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına aparılıb. Bir nəfər vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Hər iki hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0