Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada polis kapitanı partlayış nəticəsində yaralanıb

© youtube.comPartlayış
Partlayış - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün səhər saat 8 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

BAKI, 1 may — Sputnik. Zaqatalada polis sahə müvəkkilinin iş otağında partlayış baş verib, polis kapitanı qəlpə yaraları alıb.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün səhər saat 8 radələrində rayonun Bəhmətli kənd sakini, 1971-ci il təvəllüdlü Rövşən Sadəddin oğlu Baliyev bədəninin çoxsaylı qəlpə yaraları xəsarətləri ilə xəstəxanaya daxil olub.

Hazırda Rövşən Baliyev xəstəxanada həkim müayinəsindən keçir. Zaqatala rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, hadisə Zaqatala RPŞ-nin Əliabad qəsəbəsində yerləşən polis sahə müvəkkilinin iş otaqğında baş verib. İlkin məlumata görə, Əliabad qəsəbəsində sahə müvəkkili işləyən polis kapıtanı Rövşən Baliyev iş otağının qapısını açıb içəri daxil olmaq istəyən zaman anidən partlayış baş verib. Nəticədə sahə müvəkkili çox saylı qəlpə yaraları alıb.

Hazırda rayonun hüquq-mühafizə orqan əməkdaşları hadisə yerində əməliyyat tədbirləri apararaq hadisənin baş vermə səbəblərini araşdırırlar. 

Xəbər lenti
0