Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanan Rusiya gəmisinin mexaniki həlak olub

© Sputnik / Dmitriy Korobeynikov / Mediabanka keçidТанкер перед выходом в море. Архивное фото
Танкер перед выходом в море. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmidəkilər Rusiyanın Həştərxan şəhərinə təxliyə ediliblər.

BAKI, 23 apr — Sputnik. Xəzər dənizində Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" tankerində baş verən yanğın nəticəsində bir ekipaj üzvü ölüb, 10 nəfər isə təxliyə olunub.

Onları tanker sahibinin başqa bir gəmisi ilə Həştərxana təxliyə ediblər.

Bu barədə Sputnik-ə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzindən məlumat verilib.

Hadisə Həştərxandan 800 km uzaqlıqda, Xəzər dənizinin Türkmənistan akvatoriyasında baş verib.

Yanğın nəticəsində bir nəfər vəfat edib. Vəfat edən Rusiya vətəndaşı olan tankerin mexanikidir.

Mərkəzdən həmçinin gəminin neft tankeri olduğunu, lakin bu səfərdə boş olduğunu deyib.

Xəbər lenti
0