Günəşli yatağında yanğın

Azərbaycan itkin neftçinin arxasınca Türkmənistana təyyarə göndərdi

38
(Yenilənib 11:43 22.04.2016)
Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb. Meyitin "Günəşli" yatağında baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

BAKI, 22 apr — Sputnik. "Günəşli" yatağında baş vermiş dəhşətli qəzada itkin düşmüş neftçilərdən birinin meyitinin Türkmənistan sahillərində tapıldığı bildirilir. Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, 18 aprel 2016-cı il tarixində Xəzər dənizinin Türkmənistan sahillərində tapılmış meyitin ilkin olaraq "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşənlərdən birinin olduğu ehtimal edilir.

Bununla əlaqədar, meyitin tanınması və Vətənə gətirilməsi üçün bu gün Fövqəladə Hallar Nazirliyinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi istintaq qrupu ilə Türkmənistana yola düşüb.

38
Teqlər:
Fövqəladə Hallar Nazirliyi, təyyarə, Türkmənistan, yanğın, "Günəşli" yatağı
Əlaqədar
“Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş yanğın tamamilə söndürülüb
“Günəşli”dəki qəzada itkin düşənlərdən daha birinin cəsədi tapılıb
“Günəşli” yatağında yanğın hələ söndürülməyib
"Günəşli" yatağındakı qəzada xəsarət alan 5 neftçi evə buraxılıb
"Günəşli" yatağındakı bir quyuda yanğın tam söndürülüb
 Azərbaycan hərbçisi, arxiv şəkli

Korpus komandirinin müavini, polkovnik Babək Səmidli həlak olub

103
(Yenilənib 19:27 23.11.2020)
Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

BAKI, 23 noyabr — Sputnik. Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən polkovnik Babək Səmidli şəhid olub.

APA-nın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu bu gün Suqovuşan qəsəbəsi ərazisində minaya düşüb.

Şəhid polkovnik sabah Göyçayda dəfn olunacaq.

Allah rəhmət eləsin!

103
Teqlər:
polkovnik, şəhid, mina
Polis əməkdaşı, arxiv şəkli

Polisə müqavimət göstərən şəxs saxlanılıb

11
(Yenilənib 15:47 23.11.2020)
Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 23 noyabr — Sputnik. Noyabrın 22-də saat 18 radələrində Goranboy rayon polis şöbəsinin əməkdaşlarına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Sputnik Azərbaycan Goranboy rayon prokurorluğunun məlumatına istinadla xəbər verir ki, araşdırmalarla Goranboy rayonu ərazisində oğurluqla əlaqədar daxil olmuş operativ məlumat əsasında Goranboy rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili Emin Şirinov və həmin bölmənin əməliyyat müvəkkili Elgün Teymurzadə hadisə yerinə çıxmaqla xidməti vəzifələrini icra edərkən rayon sakini Bevdalı Alışanovun onlara qarşı zor tətbiq etməklə müqavimət göstərməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

İş üzrə hadisə yerinə baxış keçirilib, müvafiq ekspertizalar təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Bevdalı Alışanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.  Cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

11
Teqlər:
Goranboy, müqavimət, oğurluq, sakin, polis
Qadın qızıl məmulata baxır, arxiv şəkli

Lombardlardakı girovu bağlayanlar peyda olublar - Onların vətəndaşa xeyri nədir?

4
"Bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 noyabr — Sputnik. "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!"

Son vaxtlar bu cür elanlara avtobus dayanacaqlarında tez-tez rast gəlinir. Hətta vətəndaşlar arasında bu elanlara maraq göstərənlər də az deyil. Xüsusilə lombardda qızılı olan şəxslər bu tip elanlar vasitəsilə lombarda qoyduğu girovu çıxartmağın onlar üçün nə dərəcədə təhlükəli olub-olmadığı ilə maraqlanırlar. Sputnik Azərbaycan əhalinin geniş marağına səbəb olan bu tip elanların izinə düşüb.

Apardığımız kiçik araşdırma zamanı bəlli oldu ki, bu cür elanlarla vətəndaşlara lombarddakı qızılını çıxartmağa kömək təklif edənlər bank olmayan kredit təşkilatlarıdır. Elanda göstərilən nömrələrdən biri ilə əlaqə saxlayaraq bu köməyin hansı formada, hansı şərtlər qarşılığında edildiyini öyrənməyə çalışdıq.

Özünü "Brand kredit" təşkilatının nümayəndəsi kimi təqdim edən Taleh Kərimov Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, onların məqsədi müştəri cəlb etməkdir:

"Bəzi vətəndaşlar lombarda qoyduğu qızılını faiz yüksək olduğu üçün çıxarda bilmir. Nəticədə lombard girov saxladığı qızılı satır. Biz isə vətəndaşlara lombardlara qoyduqları qızılı çıxartmağa kömək edirik. Vətəndaşın lombarda olan borcunu ödəyirik, onunla yenidən müqavilə bağlayırıq. Tutaq ki, vətəndaşın lombarda 1300 manat borcu var. Biz onun lombarda olan bu borcunu ödəyirik. Ona həmin məbləğdə yeni kredit ayırırıq. Vətəndaş o məbləği bizə faiz hesablanmaqla 6, 12, yaxud da 18 ay ərizində ödəyir.

Əgər kredit müqaviləsi 12 aylıq bağlanarsa, aylıq ödəniş 138 manat 50 qəpik təşkil edir. Borc 12 aydan tez ödənilirsə, növbəti ayların faizi silinir. Beləcə, vətəndaş 12 aya 362 manat pul itirir. Lombardlarda isə bu, daha yüksəkdir. Bunun üçün vətəndaş bizim ofisə şəxsiyyət vəsiqəsi və girov aktı ilə yaxınlaşır. Biz onun lombarddakı borcunu bağlayırıq, qızılı yenidən qiymətləndirilir və müqavilə bağlanılır. Borc azaldıqca müştəri qızıldan hissə-hissə götürür. Bizim faizimiz lombardlarla müqayisədə aşağıdır. Həm vətəndaş qazanır, həm də biz".

© Sputnik / Zulfiyya Guluyeva
Binanın divarında "Lombardda qızılınız var? Zəng edin, çıxartmağa kömək edək!" yazısı

İqtisadçı Samir Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, lombardlar vətəndaşları çox çarəsiz duruma salır: "Vətəndaşlara əlimyandıda qalanda pul götürmək üçün ən asan variant lombarda müraciət etməkdir. Çünki lombard vətəndaşdan ancaq girov tələb edir. Bu girovun qarşılığında götürdüyü pulu necə ödəyəcəyi lombardı maraqlandırmır. Çünki lombardlar girovu çox aşağı qiymətlə qiymətləndirirlər. Hətta müştəri pulu ödəmədikdə onlar çox rahatlıqla girovu özlərinə götürürlər. Buna görə də vətəndaşlar lombardlardan yaxalarını qurtarmaq istəyirlər. Bazarda belə bir tələbat olduğunu görən bank olmayan kredit təşkilatları isə lombardda girovu olan vətəndaşı özünə müştəri kimi cəlb edir. Əslində bununla problemi öz üzərinə götürmüş olur. Çünki lombarddan pul götürüb ödəyə bilməyən şəxslər problemli müştəri hesab olunurlar. Amma ortada girov olduğundan, bank olmayan kredit təşkilatları bu məsuliyyətin altına girirlər. Burada onların əsas məqsədi müştəri cəlb etmək, pul qazanmaqdır. Düzdür, bank olmayan kredit təşkilatlarının faizləri banklarla müqayisədə çox bahadır. Amma lombardlarla müqayisədə ucuzdur. Bu, borcun alınaraq daha baha qiymətə satılmasıdır".

S.Əliyevin sözlərinə görə, lombarddan qızılını çıxartmağa kömək edən kredit təşkilatı ilə yeni müqavilə bağlamaq vətəndaş üçün digər tərəfdən də sərfəlidir:

"Çünki lombardlara nəzarət yoxdur. Onların fəaliyyəti qanunla tənzimlənmir. Bank olmayan kredit təşkilatları isə Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Onlarda lombardlar kimi qəflətən bağlanaraq girovun batması mümkün deyil".

İqtisadçı bildirir ki, lombardların faizi çox baha, aylıq 5 faiz olur. Kredit təşkilatlarının isə faizi bir qədər aşağı - aylıq 1 faiz civarında olur: "Bu gün lombardlarla müqayisədə kredit təşkilatlarının faizi aşağıdır".

Bank məsələləri üzrə hüquqşünas Əkrəm Həsənov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bəzən vətəndaşlar lombardlardan çox etibarsız olduğu üçün imtina edirlər: "Bəzi insanlar çətin duruma düşəndə girov qoyub lombarddan pul götürürlər. Amma az müddət sonra səhv etdiyini anlayır, lombardda girovun hər an batma ehtimalının olduğunu anlayır. Çünki əksər hallarda lombardlar bir ay fəaliyyət göstərir, qızılı yığıb ofisi bağlayırlar. Buna görə də, vətəndaşlar lombardlardan girovu çıxartmaq istəyirlər. Bank olmayan kredit təşkilatları da bunları nəzərə alaraq lombard müştərilərini özünə yönəldir. Onların kredit faizləri lombardlarla müqayisədə qismən aşağıdır. Həmçinin lombard girovu müştəri borcu ödəyəndə asanlıqla satır və yaxud özününküləşdirir. Bank olmayan kredit təşkilatı isə məhkəmə qərarı olmadan həmin girovu sata bilmir. Üstəlik, lombardla müqayisədə müştərinin ödədiyi məbləğ girov satılarkən nəzərə alınır. Bütün bunlara görə bank olmayan kredit təşkilatları lombardlarla müqayisədə daha etibarlı və sərfəlidir".

Qeyd edək ki, lombardlarla bağlı qanun layihəsi artıq Milli Məclisdə iki oxunuşdan keçib. Yaxın zamanda lombardların da fəaliyyəti qanunla tənzimlənəcək.

4
Teqlər:
vətəndaş, müqavilə, faiz, bank, borc, qızıl, lombard, Azərbaycan